Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1562/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən daxil olmuş 06 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Mizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2438ci məhəllə ünvanında Şəxs MMC tərəfindən 01 aprel 2021-ci il tarixdə saat 11:07-də X8 və digər yeddi nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X15 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yerində araşdırma zamanı X8 və digər yeddi nəfər şəxslə əmək və ya xidməti (mülki) müqaviləsi bağlanılmadan Şəxs MMC-də işə cəlb edildikləri müəyyən edilmişdir. Araşdırma zamanı MMC tərəfindən bunun əksinə, həmin şəxslərlə belə müqavilə bağlandığına dair hər hansı sübut, o cümlədən hazırda məhkəməyə təqdim edilmiş guya həmin şəxslərin X4 bağladığı müqavilə əsasında, onun tərəfindən işə cəlb edildiklərinə dair hər hansı məlumat, sübut təqdim etməmişlər. Müqavilənin mötəbərliyinə də şübhə var, belə ki, müqavilə heç bir yerdə qeydiyyatdan keçməmiş və ya notarial qaydada təsdiqlənməmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, Şəxs MMCnin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, məhkəməyə təqdim etdikləri iş və xidmətlərin görülməsi üzrə 19 mart 2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən fərdi sahibkar X10 Şəxs MMC-nin sifarişinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində 2438-ci məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün hörgü işlərinin yerinə yetirilməsinə dair razılığa gələrək müqavilə bağlamışlar, Müfəttişlik tərəfindən tərtib olunmuş protokolda adları qeyd olunan şəxslər də məhz fərdi sahibkar X4 işçiləri olmuşlar, həmin şəxslər Şəxs MMC-nin işçiləri olmadığına və MMC tərəfindən işə cəlb edilmədiklərinə görə onlarla əmək müqaviləsi bağlanmasına əsas olmamışdır. Hesab edirlər ki, MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, fərdi sahibkar kimi VÖEN əsasında fəaliyyət göstərir. 19 mart 2021-ci il tarixdə bağladığı müqaviləyə əsasən Şəxs MMC-dən sifariş qəbul edərək Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində 2438-ci məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün hörgü işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, orada həmin işləri yerinə yetirmişdir. Müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsinə görə işçilər cəlb etmişdir, “ASAN” xidmət əməkdaşları tərəfindən protokolda qeyd olunan Əvəz, Seymur və digər şəxslər onun işçiləri olmuşlar, onların əmək haqqını özü ödəmişdir, həmin şəxslər Şəxs MMC-nin işçiləri olmadığına görə həmin MMC ilə müqavilə bağlanması üçün əsas olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 19 mart 2021-ci il tarixli MİHO/4.1-3.2-2021-9 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzillı yaşayış binalarının tikinti sahəsində qeyri-formal məşğulluğun olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materiallann araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən - Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tanxli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2438-ci məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxsndə (VÖEN **********) 2021-ci ilin 31 mart - 02 aprel tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X14 X1 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi - qərara alınmışdır; -Şəxs MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair yoxlama aktlarından və siyahıdan görünür ki, “Tikinti sahəsində qeyriformal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X14 X1 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə, cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2021-ci il 19 aprel tarixli MİHO/4.1-3.2-2021-9 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2438-ci məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2021ci il 01 aprel tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektinin podratçısı Şəxs MMC (VÖEN **********) tərəfindən işə cəlb edilmiş 2 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 8 nəfər şəxslə (X8, X10, X16, X3, X5, X11, X6 və X2) isə əmək və ya xidməti (mülki) müqavilənin bağlanılmadığı müəyyən edilmişdir; -X10 (İcraçı, VÖEN **********) ilə Şəxs MMC (Sifarişçi, VÖEN **********) arasında bağlanmış iş və xidmətlərin görülməsi üzrə 19 mart 2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində 2438-ci məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün hörgü işlərinin yerinə yetirilməsini, Sifarişçi isə bu müqavilədə razılaşdırılmış qaydada bu işlərin dəyərini İcraçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə iş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülərə baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X14daşları tərəfindən verilən suallara cavab verən, tikinti sahəsində işlədikləri müəyyən edilmiş X8, X10, X16, X3, X5, X11, X6 və X2, onların Şəxs MMC tərəfindən işə cəlb olunduqlarını, bu zaman onlarla əmək müqaviləsi bağlanmadığını bildirdikləri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2438-ci məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2021-ci il 01 aprel tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektinin podratçısı Şəxs MMC tərəfindən işə cəlb edilmiş 2 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 8 nəfər şəxslə (X8, X10, X16, X3, X5, X11, X6 və X2) isə əmək və ya xidməti (mülki) müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu fakt, tərtib olunmuş yoxlama aktı və qeydə alınmış videogörüntülərlə öz təsdiqini tapmışdır. Xüsusən nəzərə alınmalıdır ki, əmək və ya xidməti (mülki) müqavilə bağlanılmadan işə cəlb edilmiş şəxslərin özləri Şəxs MMC tərəfindən işə cəlb olunduqlarını, bu zaman onlarla əmək müqaviləsi bağlanmadığını bildirmişlər, eyni zamanda onlar məhkəməyə təqdim edilmiş 19 mart 2021-ci il tarixli müqavilənin tərəfi olan X10 tərəfindən işə cəlb edildiklərini, onun işçisi olduqlarını qeyd etməmiş, onun adını çəkməmişlər. Məhkəmə əlavə olaraq qeyd edir ki, sözügedən 19 mart 2021-ci il tarixli müqavilə, onun mövcudluğuna dair məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X14daşları tərəfindən yerində və sonrakı inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Bundan başqa həmin müqavilənin məhz Agentlik əməkdaşları tərəfindən yoxlama aparılmamışdan daha əvvəl bağlandığını təsdiq edən, mötəbər sübut olmasına əsas verən hər hansı digər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında irəli sürdüyü dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Şahidin izahatına gəldikdə, nəzərə alınmalıdır ki, işin faktiki müəyyən olunmuş halları baxımından və təqdim edilən müqavilənin mötəbər sübut olmasını təsdiq edəcək hal və digər sübut müəyyən edilmədiyindən onun izahatında irəli sürülən dəlillər də hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd etmə kimi qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1562/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1562/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver