Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1565/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1, xx xxxxxxxx 1963-cü ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə müvəkkili X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxxx 2020-ci il tarixdə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunun mənasından göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İş materiallarına isə şikayət vermiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın surəti, habelə həmin qərarın ona təqdim edilməsi məqsədilə müvafiq Polis Şöbəsinə müraciət edib-etməməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Lakin şikayət ərizəsindən görünür ki, X4 ünvan 1 ünvanında yaşayır. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət düzgün verilmədiyinə görə baxılmadan geri qaytarılmalı, yaşayış yeri üzrə yenidən inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə müraciət etmək hüququ X3 izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə müvəkkili X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1565/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1565/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver