Məhkəmə qərarları › İş №3(007)-157/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-157/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-157/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru, daxili xidmət baş leytenantı X2 iştirakı ilə, 01.07.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan (FİN 4NE0A8Q) X1 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 15.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Avtoyuyucu və çilingər sexi”ndə KY ********* nömrəli çıxarışa əsasən yanğın-texniki müayinə keçirilməsinə şərait yaradılmamışdır. Bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru, daxili xidmət baş leytenantı İ.V.Məmmədov tərəfindən 15.09.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru, daxili xidmət baş leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yoxlamadan 5 gün əvvəl yoxlama ilə bağlı çıxarışı təqdim etmək üçün obyektə getmişlər. Orada bir nəfər onlara obyektə özünün rəhbərlik etdiyini bildirmişdir. Həmin şəxsə G.Məmmədova ilə görüşüb, çıxarışı təqdim etməli olduqlarını bildirmişlər. Həmin şəxs G.Məmmədovanın orada olmadığını, sənədi isə qəbul edə bilməyəcəyini bildirmişdir. Sonra telefon vasitəsi ilə əlaqə saxlanıldıqda sənəd təqdim etməyəcəklərini bildirmişlər. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - 13.09.2021-ci il tarixli, KY21159951 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, “Avtoyuyucu və çilingər sexi”ndə 14.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək olan müddətdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2332/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadından görünür ki, X1 barəsində tərtib edilmiş 15.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2892/2021 saylı, 09.12.2021-ci il tarixli qərarından görünür ki, X1 barəsində tərtib edilmiş 15.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2332/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində qanunamüvafiq qiymət verilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X1 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən, yəni 15.09.2021ci il tarixdən 3 aydan çox müddət keçdiyinə görə törədilmiş inzibati xətaya görə X1 barəsində 26.01.2022-ci il tarixdə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 01.07.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar