Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1570/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, ev 11-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərara əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:38-də Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 53 ünvanında yerləşən, Zərərçəkmiş şəxs icarədarı olduğu reklam ofisinin pəncərəsinin şüşəsini sındıraraq içəri daxil olmuş, özgənin əmlakı olan pəncərə şüşəsini sındırıb qəsdən məhv etməklə zərərçəkmiş şəxsə az miqdarda, 40 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X2 göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs icarədarı olduğu reklam ofisinin pəncərəsinin Şəxs tərəfindən sındırılaraq oğurluğa cəhd edilməsi barədə Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-də toplanılmış material rayon prokurorluğuna daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə 25-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 05:38-də Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 53 ünvanında icarədarı olduğu reklam ofisində olarkən bir nəfər şəxsin ofisin pəncərəsinin şüşəsini sındıraraq içəri daxil olmaq istəməsinin şahidi olduğunu, dərhal hadisə barəsində polisə zəng edərək məlumat verdiyini və hadisə yerinə gələn polis əməkdaşları tərəfindən həmin şəxsin saxlanıldığını bildirmişdir. Müraciətlə əlaqədar 25-ci PŞ-nin təhqiqatçısı Vüqar Məlikov tərəfindən araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs izahat verərək ərizəsində göstərilən xüsusatları təsdiq edib, pəncərə şüşəsinin sındırılması nəticəsində ona 40 manat ziyan dəydiyini bildirmişdir. Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdə maddi vəziyyətinin ağır olması ilə əlaqədar saat 05:38-də Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 53 ünvanında yerləşən reklam ofisinin şüşəsini sındırıb içəri daxil olmaq istəyərkən ofisdə olan sonradan adının Tural olduğunu bildiyi şəxs tərəfindən tutularaq polisə təhvil verilmişdir. Tural tərəfindən tutulduğu üçün istəyinə nail olmamış və polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Şüşəni qırması nəticəsində reklam ofisinə maddi ziyan dəymişdir. xx xxxxxx 2020-ci il tarixdə 25-ci PŞ-nin təhqiqatçısı Vüqar Məlikov tərəfindən Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmaması əsasına görə cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs və Şəxs izahatlarından və hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs icarədarı olduğu reklam ofisinin pəncərə şüşəsinin sındırılması zamanı sonuncuya 40 manat maddi ziyan dəymişdir. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs müraciəti üzrə Şəxs tərəfindən özgənin əmlakının qəsdən məhv edilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Həmin icraat əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 05:38-də Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 53 ünvanında yerləşən icarəyə götürdüyü reklam ofisində qarovul çəkmək üçün qalan zaman şüşənin qırılması səsini eşitmişdir. Çölə çıxdıqda bir nəfər şəxsin içəriyə oğurluq etmək üçün daxil olmaq istədiyini görmüş və dərhal polisə zəng vurmuşdur. Hadisə yerinə polislərlə birlikdə oğurluğa girən şəxsi tutub 25-ci PŞ-nə aparmışlar. Hadisə yerində həmin şəxsə məxsus çanta və yiyə aləti olmuşdur. 25-ci PŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Ofisin şüşəsinin qırılması nəticəsində ona 40 manat ziyan dəymişdir. Həmin ziyan ödənilməmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs icarədarı olduğu reklam ofisinin pəncərə şüşəsinin sındırılması nəticəsində zərərçəkmiş şəxsə 40 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1570/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1570/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver