Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1570/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 26 ünvanında yerləşən "xxxx" barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X8 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" tərəfindən xx.xx.2023-ci il tarixdə, saat 11:13 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanında yerləşən "xxxx" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da o, İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X3 bildirdi ki, "xxxx" Reklam haqqında Qanunun tələblərini pozaraq, Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin qeyd etdi ki, qeyd olunan inzibati xəta haqqında protokol 2022-ci il üçün nəzərdə tutulmuş müddət ərzində ödənilməyən dövlət rüsumu və yayım haqqında ödənişə görə tərtib olunmuşdur. Belə ki, "xxxx" tərəfindən həmçinin 2023-cü il ərzində də Nizami rayonu, Q.Qarayev prospekti, 26 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında iştirak edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx"-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş obyektin üzərindəki reklam barədə çəkilmiş fotoşəkillər, X8 Bakı Şəhəri Reklam İdarəsinin "xxxx"-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1570/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1570/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver