Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1572/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2, həmin İdarənin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndələri Nümayəndə3, MTK-nın vəkili-Vəkil iştirakları ilə, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 21 fevral 2023-cü il tarixdə aparılan yoxlama ilə Şəxs MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən yaşayış kompleksinin həyətində avtodayanacaq tikintisi zamanı 3 ədəd sərv ağacının kök boğazları zədələnərək yaşıllıqların mühafizə qaydaları pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi tərəfindən protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edərək xx.xx.2023-cü il tarixli G-NİH/2623-033 saylı məktubla baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərib. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli G-BM/2623-034 saylı məktubla adı çəkilən protokol və protokola əlavə olunmuş xx.xx.2023-cü il tarixli 77919 nömrəli aktın nüsxəsi, hesab nömrəsi də Şəxs MTK-ya göndərilib. Aşağıdakılara görə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolu əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edərkən nəzərə almayıb ki, Şəxs MTK yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin heç bir tələbini pozmayıb, əksinə bu pozulmanın qarşısının alınmasından ötrü müvafiq zəruri tədbirlər görüb. Belə ki, ağacların quruması onların məhv edilməsi və hər hansı qanunazidd hərəkətlər nəticəsində baş verməyib, ağacların mühafizəsi üçün bütün tədbirlər görülüb. Guya qeyd olunan ərazidə yaşayan vətəndaş X7 4 ədəd ağacın kök hissəsinin Şəxs MTK tərəfindən açılıb qurudularaq məhv olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayəti qərəzli, əsassız və qanunsuzdur. X13 adlı şəxs mövcud deyil. Bu anonim müraciətdir. Həmin qərəzli şikayət əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixli 77919 nömrəli akt tərtib edib. Aktda göstərilib ki, şikayət məktubu əsasında yerində araşdırma aparılıb və müəyyən edilib ki, guya Nizami rayonu B.Çobanzdə, M.ünvan 1 ünvanında yerləşən Şəxs MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasından ibarət yaşayış kompleksi qarşısında avtomobillər dayanacağı sahəsi tikintisi zamanı istinad divarı tikintisi aparılarkən istinad tikintisi zamanı onun ətrafında olan torpaq qatı qazılarkən təqribən 1- 1,5 metr aralıqda olan “Sərv” ağacının torpaqda olan kök hissəcikləri, əmici telləri zədələnib. Həmin sahənin digər hissəsində qazıntı işləri aparılıb və orada da 2 ədəd “Sərv” ağacının kök lifləri, əmici telləri məhv olub. xx.xx.2023-cü il tarixdə Şəxs MTK-nın komendantı X2 11 saylı RETSİ-nə çağırılaraq qeyd olunan məsələ ilə diktə edilən sözlərlə yazılı izahatı alınıb. Həmin izahat RETSİ-nin əməkdaşlarının diktəsi ilə yazılıb, həqiqəti əks etdirmir. Belə ki, Şəxs MTK hələ 07 fevral 2023-cü il tarixdə 81 saylı məktubla 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi müraciətiət edərək ağacın güclü külək nəticəsində əyildiyini bildirib və tədbir görülməsini xahiş edib. xx.xx.2023-cü il tarixdə əraziyə yenidən baxış keçirərkən hər üç ağacın quruyaraq bioloji inkişafdan dayandığı, kök hissələrin torpaqla doldurulduğu müəyyən olunub. Binanın qarşısında olan yaşıllıq ərazidə yalnız qeyd olunan 3 ədəd (dm - 43sm, 19 sm, 16 sm) “Sərv” ağacının kök üstə quruduğu müəyyən olunub. Qeyd olunan 1 ədəd (dm 43 sm) aşmış “Sərv” ağacının götürülməsi ilə bağlı Şəxs MTK tərəfindən X3 Agentliyi və Nizami Bələdiyyəsinə müraciətlər ünvanlanıb. Araşdırma zamanı toplanmış materiallar da əlavə olunur. Qeyd olunan ərazidə olan 3 ədəd quru “Sərv” ağacının kök bağlarındakı torpaq sahəyə müdaxilə olunması nəticəsində AR Nazirlər Kabinetinin “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2016-cı il tarixli 421 saylı qərarının tələbləri pozulub. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolun “müəyyən edildi” hissəsində isə qeyd edilib ki, guya Şəxs MTK Bəkir Çobanzadə küçəsində yerləşən yaşayış kompleksinin həyətində avtodayanacağın tikintisi zamanı 3 ədəd “Sərv” ağacının kök bağını zədələyərək yaşıllıqların mühafizə qaydalarını pozub. Lakin Şəxs MTK ağacları məhv etməyib, bununla bağlı hər hansı qanunazidd hərəkətlərə yol verməyib, ağacların mühafizəsi üçün bütün tədbirləri görüb. Ağaclar təbii proses nəticəsində quruyub. Nəzərə alınmalıdır ki, Şəxs MTK 81 nömrəli 07 fevral 2023-cü il tarixli məktubla 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktubla müraciət edərək 06 yanvar 2023-cü il tarixində 1 ədəd “Sərv” ağacının güclü külək nəticəsində kökdən, torpaq səthindən aralanaraq digər sərv ağacının üzərinə aşması barədə məlumat verib. Bununla əlaqədar 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 76/11RTSİ-26 qeydiyyat nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsi tərəfindən 000307 nömrəli 10 fevral 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən həmin İdarənin mütəxəsisləri tərəfindən Nizami rayonu, B.Çobanzadə küçəsi ünvanında Şəxs MTK-nın ərazisində MTK-nın tikinti direkoru Qulu Cəfərovun iştirakı ilə birgə ekoloji monitorinq keçrilib və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 26/144/d nömrəli arayış tərtib edilib. Arayışda qeyd edilib ki, monitorinq zamanı Şəxs MTK-nın ərazisində 5 ədəd şam ağacının tam quruduğu, 5 ədəd şam ağacının yarıquru vəziyyətdə olduğu, 2 ədəd şam ağacının isə güclü külək nəticəsində aşması müəyyən olunmuşdur. Ağacların kök və gövdə hissəsində kəsik və ya başqa zədələr müşahidə olunmamışdır. Ağacların qurumasında kənar müdaxilənin olubolmamasını müəyyən etmək məqsədi ilə kök ətraflarından torpaq nümunəsi götürülmüş, müvafiq analizlərin aparılması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" MMC tərəfindən Şəxs MTK-nın tikinti direkoru Qulu Cəfərova ünvanladığı xx.xx.2023-cü il tarixli 3-14-31/2-C-5-3/2023 saylı məktub və ona əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində X11 Monitorinq İdarəsinin mütəxəsisləri tərəfindən Nizami rayonu, B.Çobanzadə küçəsi ünvanında Şəxs MTK tərəfindən tikinti zamanı 4 ədəd ağacın quruyaraq məhv edilməsi barədə müraciətlə bağlı həmin ərazidə monitorinq keçirilib. Monitorinq zamanı qeyd olunan ünvanda 5 ədəd ağacın tam quruduğu və 5 ədəd ağacın isə yarıquru vəziyyətdə olduğu aşkarlanmışdır. Baxış zamanı 2 ədəd ağacın güclü külək əsməsi nəticəsində aşdığı müəyyən olunmuşdur. Keçirilmiş monitorinq zamanı 5 nöqtədən torpaq nümunələri götürülmüşdür. Torpaq nümunələri üzərində müvafiq kimyəvi təhlillər aparılmışdır. 18 saylı poliklinika tərəfdən 1-ci, 2-ci, 3-cü ağacların, yeraltı dayanacağın kənarından 1-ci və 2-ci ağacların kök dib hissəsindən götürülmüş torpaq nümunələri üzərində aparılmış təhlillərin nəticəsinə görə göstəricilərin miqdarı norma daxilində müəyyən edilmiş, ağacların qurumasına səbəb olan kimyəvi maddə aşkar edilməmişdir. Ağacların aşması və qurumasının təbii proseslər nəticəsində baş verməsi ehtimal oluna bilər. Göstərilənlərə əsasən, Azərbacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MTK barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolu ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yerində yoxlama zamanı Şəxs MTK-nın rəhbərliyi ilə əlaqə saxlamışlar, onlara bildirilmişdir ki, problem aradan qaldırılacaqdır, sonra yenidən yoxlama zamanı artıq ağacların dibinin torpaqlandığını müəyyən etmişlər. Binanın komendantının izahatını almışlar, o, etiraf etmişdir ki, binanın qarşısında yerləşən avtodayanacaqda işlər görülən zaman traktor maşinisti yeri qazanda istinad divarı ətrafında torpağı götürülərkən sərv ağacının dibi boşalmış, bir neçə gün sonra güclü külək əsən zaman ağac digər ağacların üzərinə əyilmişdir. Komendant həmin izahatı öz sözləri ilə yazmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, vətəndaş X8 müraciəti elektron qaydada daxil olmuş, araşdırmanın nəticəsi barədə cavab da onun elektron ünvanına göndərilmişdir. Araşdırma zamanı müraciətin doğruluğu öz təsdiqini tapmışdır, yalnız müraciətdə 4 ağac qeyd olunsa da, araşdırma zamanı 3 ədəd sərv ağacının kök boğazının zədələndiyi müəyyən edilmişdir. Şəxs MTK-ya məxsus yaşayış kompleksinin komendantı aktın tərtibi zamanı iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. Lakin, İdarəyə dəvət olunub izahatı alınarkən o, inzibati xətaya yol verdiklərini etiraf edən izahat yazmışdır. Şəxs MTK-nın törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MTK-nın barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi Nümayəndə3 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərtib olunmuş inzibati protokolun heç bir əsası yoxdur, Şəxs MTK-nın təqsirinin olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Özlərinin təqdim etdikləri aktdan isə görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin mütəxəsisləri Nizami rayonu, B.Çobanzadə küçəsində monitorinq zamanı ağacların kök dib hissəsindən götürülmüş torpaq nümunələri üzərində təhlillər aparmış, bu zaman göstəricilərin miqdarının norma daxilində olması müəyyən edilmiş, ağacların qurumasına səbəb olan kimyəvi maddə aşkar edilməmiş, ağacların aşmasının və qurumasının təbii proseslər nəticəsində baş verməsinin ehtimal oluna biləcəyi qeyd edilmişdir. Yazılı etirazda qeyd olunanları nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın vəkili Vəkil yazılı etirazda qeyd olunanları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyən və 21 fevral 2023-cü il tarixli aktın tərtib olunmasında iştirak etmiş X9, Nümayəndə2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Şəxs MTK-da komendant vəzifəsində işləyir. Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsi 2532-ci məhəllə ünvanında Şəxs MTK-ya məxsus hündürmərtəbəli yaşayış binalarının qarşısındakı sərv ağacları möhkəm külək əsməsi nəticəsində əyilmişlər, bu barədə aidiyyəti orqanlara məlumat verilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin apardıqları yoxlamada o, iştirak etməmişdir, 20 fevral 2023-cü il tarixdə onu həmin İdarəyə çağırmış və izahat yazdırmışlar, izahatı həmin İdarənin əməkdaşlarının sözləri ilə yazmışdır. İzahatda qeyd olunanlardan fərqli olaraq ağaclar həmin yerdə traktorun işləməsi nəticəsində deyil, küləyin əsməsi nəticəsində əyilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X14 adlı şəxsin “Elektron ünvan 1” elektron poçt ünvanı vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mailto:info@eco.gov.azElektron ünvan 2 elektron poçt ünvanına 06 fevral 2023-cü il tarixdə saat 16:39-da göndərilmiş müraciətin məzmunundan görünür ki, “Nizami rayonu, B.Çobanzadə küçəsi, Orbita MTK 4 ədəd ağaci tikinti zaman ağacların kok hissəsi açmis və nəticədə quruyaraq məhv etmişdir. Bu ağaclar Orbita MTK tərəfindən qəsdən məhv edilib. Xahiş edirəm bir tədbir gorulsun yoxsa burda nəfəs almaqcun bir ağac belə qalmiyacaq. Biz etiraz edəndə deyirlərki Ekologiya nazirliyi icazə verib. Ekologiya nazirliyi niyə icazə verir ağaclari məhv etməyə? Mən bu ünvanda yasayiram və gozumuzun qabaginda Orbita MTK tərəfindən ağaclar məhv edilir”; -Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə elektron daxil olan sənədlərin “Qeydiyyat-nəzarət vərəqəsi”ndən görünür ki, ərizəçi X8 “Nizami rayonu, B.Çobanzadə küçəsində Şəxs MTK tərəfindən ağacların məhv edilməsi” barədə müraciəti araşdırılması üçün 09 fevral 2023cü il tarixdə aidiyyəti üzrə həvalə edilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nümayəndə2 və X9 tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli aktdan görünür ki, 16 - 21 fevral 2023cü il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsi, 2532-ci məhəllə ünvanında yerləşən Şəxs MTK-da aşağıdakılar aşkar edilmişdir: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına (mailto:info@eco.gov.azElektron ünvan 2) vətəndaş X14 tərəfindən “Nizami rayonu, B.Çobanzadə küçəsində Şəxs MTK tərəfindən 4 ədəd ağacın kök hissəsi açılaraq quruyaraq məhv olunması barədə” daxil olmuş şikayət məktubu tərəflərindən yerində araşdırılmışdır. Araşdırma zamanı sözügedən əraziyə baxış keçirilmişdir. Məlum olmuşdur ki, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 5 ünvanında yerləşən Şəxs MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasından ibarət yaşayış kompleksi qarşısında avtomobillərin dayanacağı sahəsi tikinti zamanı istinad divarı tikintisi aparılmışdır. Qeyd olunan istinad divarı tikintisi zamanı onun ətrafında olan torpaq qatı qazılarkən təqribən 1-1,5 metr aralıda olan sərv ağacının torpaqda olan kök hissəcikləri, əmici telləri zədələnmişdir. Həmin sahənin digər hissəsində qazıntı işləri aparılmış və burada da 2 ədəd sərv ağacının kök lifləri, əmici telləri məhv olmuşdur. xx.xx.2023-cü il tarixdə Şəxs MTK-nın komendantı X6 11 saylı RETSİ-nə gələrək qeyd olunan məsələ ilə bağlı yazılı izahat vermişdir. xx.xx.2023-cü il tarixdə əraiyə yenidən baxış keçirilərkən hər üç ağacın quruyaraq bioloji inkişafdan dayandığı, kök hissələrinə torpaqla doldurulduğu müəyyən olunmuşdur. Binanın qarşısında olan yaşıllıq ərazidə yalnız qeyd olunan 3 ədəd (dm 43 sm, 19 sm, 16 sm) sərv ağacının kök üstə tam quruduğu müəyyən olunmuşdur. Qeyd olunan 1 ədəd (dm 43 sm) aşmış sərv ağacının götürülməsi ilə bağlı Şəxs MTk tərəfindən X5 Agentliyinə və Nizami bələdiyyəsinə müraciətlər ünvanlanmışdır. Araşdırma toplanmış materiallar akta əlavə olunmuşdur. Sözügedən ərazidə olan 3 ədəd quru sərv ağacının kök boğazındakı torpaq sahəyə müdaxilə olunması nəticəsində “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarının tələblərinin pozulması qeydə alınmışdır. Toplanmış materiallar, ərazinin fotoşəkilləri akta əlavə olunmuşdur; -Şəxs MTK-da komendant vəzifəsində işləyən X2 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi 20 fevral 2023-cü il tarixli yazılı izahatdan görünür ki, ünvan 7 ünvanında yerləşən binanın qarşısında yerləşən avtodayanacaqda işlər görülən zaman traktor maşinisti yeri qazan zaman istinad divarı ətrafında torpağı götürülərkən sərv ağacı dibi boşalmış, bir neçə gün sonra güclü külək əsən zaman ağac digər ağacların üzərinə əyilmişdir. Ərazidə olan yaşıllıqlara aqro qulluq göstərilir onlar tərəfindən və qoruyurlar; - 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X10 ünvanlanmış 23 fevral 2023-cü il tarixli 3-14/2-Ə-338-3/2023 nömrəli məktubundan görünür ki, onun Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsi 2532-ci məhəllə ünvanında Şəxs MTK-ya məxsus hündürmərtəbəli yaşayış binalarının qarşısında avtomobillərin dayanacağı üçün ayrılmış sahənin istinad divarının tikintisi zamanı ətrafda olan torpaq qatı qazılmış və 3 ədəd sərv ağacının kök lifləri, əmici telləri zədələnmiş və nəticədə həmin ağaclar bioloji inkişafdan dayanmış, ağaclardan biri digərlərinə tərəf əyilmişdir. Şəxs MTK-nın komendantı X6 qeyd olunanlarla bağlı yazılı izahat verərək sözügedən ünvanda avtodayanacaqda traktor vasitəsilə aparılan qazıntı işləri zamanı sərv ağacının dibinin boşaldığını, bir neçə gün sonra güclü külək zamanı digər ağaclara tərəf əyildiyini bildirmişdir. Mövcud vəziyyət ilə bağlı tərəflərindən akt tərtib olunmuş və yaşıllığa 5280 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Republikası Baş Prokurorluğuna göndərilmişdir; -Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin 08 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının qarşısında “inşa edilməsi nəzərdə tutulmuş qaraj tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsinə müvafiq rəy verilməsi barədə” Şəxs MTK-nın 2023-cü il 25 yanvar tarixli 45 nömrəli məktubuna baxılmışdır. Bildirirlər ki, nəzərdə tutulmuş yeraltı qaraj tikintisi ilə bağlı layihə sənədləri X5sına təqdim edilməmişdir. Layihə sənədləri təqdim edildikdən sonra ekoloji qiymətləndirmə aparılaraq məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada münasibət bildiriləcəkdir; -Şəxs MTK-nın 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı 07 fevral 2023-cü il tarixli 81 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yerləşən Şəxs MTK-nın yaşayış kompleksinin həyətində 1 ədəd diametri 36 sm olan “Sərv” ağacı 06 yanvar 2023-cü il tarixdə güclü külək nəticəsində kökdən, torpaq səthindən aralanaraq digər sərv ağacının üzərinə aşmışdır. Həmin ağac hazırda olduğu kimidir, tərəflərindən ağaca heç bir müdaxilə olunmayıb, ərazilərində olan yaşıllıqların aqrotexniki qaydada qorunub onlara xidmət göstərilməsinə daim nəzarət göstərirlər; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin mütəxəsisləri tərəfindən Nizami rayonu, B.Çobanzadə küçəsi ünvanında Şəxs MTK tərəfindən tikinti zamanı 4 ədəd ağacın quruyaraq məhv edilməsi barədə müraciətlə bağlı həmin ərazidə keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, monitorinq zamanı qeyd olunan ünvanda 5 ədəd ağacın tam quruduğu və 5 ədəd ağacın isə yarıquru vəziyyətdə olduğu aşkarlanmışdır. Baxış zamanı 2 ədəd ağacın güclü külək əsməsi nəticəsində aşdığı müəyyən olunmuşdur. Keçirilmiş monitorinq zamanı 5 nöqtədən torpaq nümunələri götürülmüşdür. Torpaq nümunələri üzərində müvafiq kimyəvi təhlillər aparılmışdır. 18 saylı poliklinika tərəfdən 1-ci, 2-ci, 3-cü ağacların, yeraltı dayanacağın kənarından 1-ci və 2-ci ağacların kök dib hissəsindən götürülmüş torpaq nümunələri üzərində aparılmış təhlillərin nəticəsinə görə göstəricilərin miqdarı norma daxilində müəyyən edilmiş, ağacların qurumasına səbəb olan kimyəvi maddə aşkar edilməmişdir. Ağacların aşması və qurumasının təbii proseslər nəticəsində baş verməsi ehtimal oluna bilər. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MTK tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MTK tərəfindən törədilmişdir. Bu, tərtib olunmuş 21 fevral 2023-cü il tarixli aktla, fotoşəkillərlə və toplanmış digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, kök boğazları zədələnmiş 3 ədəd sərv ağacı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən, Şəxs MTK-ya məxsus ərazidə, yaşayış kompleksinin həyətində əkilmişdir. Həmin hündürmərtəbəli yaşayış binalarının qarşısında avtomobillərin dayanacağı üçün ayrılmış sahənin istinad divarının tikintisi zamanı ətrafda olan torpaq qatı qazılmış, bu zaman 3 ədəd sərv ağacının kök lifləri, əmici telləri zədələnmiş və nəticədə həmin ağaclar bioloji inkişafdan dayanmış, ağaclardan biri digərlərinə tərəf əyilmişdir. Şəxs MTK-da komendant vəzifəsində işləyən X6 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi 20 fevral 2023-cü il tarixli yazılı izahatda həmin binanın qarşısında yerləşən avtodayanacaqda işlər görülən zaman traktor maşinistinin yeri qazıb istinad divarı ətrafında torpağı götürərkən sərv ağacının dibinin boşaldığını, bir neçə gün sonra güclü külək əsən zaman ağacın digər ağacların üzərinə əyildiyini qeyd etmişdir. X2 və MTK-nın nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxs Şəxs MTK-da komendant vəzifəsində işləyən şəxsdir, izahatın 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının diktəsi ilə yazdırıldığı barədə irəli sürülən dəlilin əsası yoxdur, 20 fevral 2023-cü il tarixdən sonra hal-hazıradək həmin şəxs və ya onun məlumatı əsasında yuxarı rəhbərliyi sözügedən izahatın diktə və ya təzyiq altında alınması ilə bağlı tabelik qaydasında və ya hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Bundan başqa, Şəxs MTK özünün 25 yanvar 2023-cü il tarixli 45 nömrəli məktubu ilə X5 Agentliyinə müraciətində, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının qarşısında inşa edilməsi nəzərdə tutulmuş qaraj tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsinə müvafiq rəy verilməsini xahiş etmişdir. Həmin müraciətin edilməsindəki məqsədin özü də onu deməyə əsas verir ki, sözügedən ərazidəki ağaclar avtodayanacağın tikintisinə mane olduğuna görə və X5 Agentliyi 08 fevral 2023-cü il tarixli məktubunda nəzərdə tutulmuş yeraltı qaraj tikintisi ilə bağlı layihə sənədlərinin X5sına təqdim edilmədiyini, layihə sənədləri təqdim edildikdən sonra ekoloji qiymətləndirmə aparılaraq məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada münasibət bildiriləcəyini qeyd etdikdən sonra, Şəxs MTK tərəfindən həmin işlərin həyata keçirilməsi gözlənilmədən traktorla yer qazılıb istinad divarı ətrafında torpaq götürülmüş, bu zaman 3 ədəd sərv ağacının kök lifləri, əmici telləri zədələnmiş və nəticədə həmin ağaclar bioloji inkişafdan dayanmış, ağaclardan biri digərlərinə tərəf əyilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ağaclar tikintisi aparılan avtodayanacağın yerləşdiyi ərazidə yerləşmişlər, istinad divarı ağaclaradək çəkilmiş, həmin hissəyə çatanda yarımçıq saxlanılmışdır, belə ki, qeyd edildiyi kimi ağacların mövcudluğu həmin işlərin görülməsinə maneçilik yaratmışdır. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin inzibati icraatın başlanmasına əsas olan müraciəti edən şəxsin mövcud olmaması, müraciətin anonim olması barədə irəli sürdükləri dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, qeyd olunan fiziki şəxsin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə elektron poçt vasitəsi ilə daxil olmuş müraciəti müvafiq qaydada qəbul olunaraq sistemə daxil edilmiş və icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətin yerində yoxlanılması zamanı isə məlumatın həqiqiliyi, inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş və inzibati araşdırma başladılmışdır, məlumatı vermiş şəxsin qərəzli olması barədə qənaətə gəlinməsi üçün isə əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin mütəxəsisləri tərəfindən tərtib olunmuş 10 fevral 2023-cü il tarixli akta və monitorinqin nəticələrinə dair arayışda qeyd olunanlara münasibətdə qeyd edir ki, monitorinq zamanı götürülmüş torpaq nümunələri üzərində müvafiq kimyəvi təhlillər zamanı ağacların qurumasına səbəb olan kimyəvi maddənin aşkar edilmədiyi, ağacların aşmasının və qurumasının təbii proseslər nəticəsində baş verdiyinin ehtimal olunduğu arayışda qeyd edilmişdir. Hansı ki, baxılan icraatda Şəxs MTK ağacların qurumasına səbəb olan kimyəvi maddədən istifadəyə görə məsuliyyətə cəlb edilməmişdir, sonuncu cümlə isə adından göründüyü kimi yalnız ehtimalı özündə ehtiva edir. Ümumilikdə Şəxs MTK tərəfindən təqdim olunmuş sübutların və irəli sürülən dəlillərin işin icraatını istisna edən sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MTK-nın həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 253-1.4-cü maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmaması, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MTK-nın barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1572/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1572/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver