Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1572/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) Vəkil və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, X2 nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X8 tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Nazirliyinin 18 yanvar 2024-cü il tarixdə ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətdiyi əsas gətirilərək 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibari Xətalar Məcəlləsinin 2101.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı müəyyənləşdirilmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən lisenziya tələb oluna fəaliyyət sahələrindən biri də özəl tibb fəaliyyətidir. AR Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı müəyyənləşdirilmiş və həmin siyahıda gözəllik salonu fəaliyyəti özəl tibb fəaliyyəti kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi gözəllik salonu fəaliyyəti qanunvericilik tərəfindən özəl tibb fəaliyyəti kimi müəyyənləşdirilmədiyi halda, inzibati orqan sırf öz mülahizəsindən irəli gələrək bu fəaliyyət sahəsini lisenziya tələb olunan sahə kimi nəzərdə tutmuşdur. Faktiki hallara ümumi yanaşıldıqda da görünür ki, gözəllik salonunda həyata keçirilən fəaliyyətlərin, göstərilən xidmətlərin tibb fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. İnzibati tənbeh verən orqanın mülahizələrinə əasən siyahıda göstərilmiş fəaliyyətlərin əhatə dairəsini əsassız olaraq genişləndirilməsi vətəndaşların konstitusion hüququ olan azad sahibkarlıq hüqunu məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və yabaşqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Odur ki, X5 barəsində Səhiyyə Nazirliyi tərəfindən qəbul olunanan 18 yanvar 2024-cü il tarixli ******* saylı qərarı qanunsuzdur. X4 barəsində qəbul olunan inzibati tənbeh vermə haqqında qərar təqdim edilməmişdir. Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında müvafiq qərarının qəbul olunması barədə X4 heç məlumat verilməmişdir. Belə ki, şəxs barəsində Binəqədi rayon İcra və Probasiya Şöbəsində icra vərəqəsi əsasında icraat aparılarkən müəyyən etmişdir ki, barəsində Səhiyyə Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərar icraya yönəldilmişdir. Həmin qərarı Abdullayev Elbrus icraçıdan xahiş edərək 04 mart 2024-cü il tarixdə qərarın surətini əldə etmiş və qərarla tanış olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Səhiyyə Nazirliyi tərəfindən sözügedən qərar göndərilmədiyinə bu maddənin tələbləri pozulmuşdur. Odur ki, Səhiyyə Nazirliyi 18 yanvar 2024-cü il tarixdə X5 barəsində 04980976 saylı qərarı qanunsuz qəbul etməklə yanaşı, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsindən irəli gələn tələblərə əsasən həmin qərar barədə şəxsə məlumat verməyərək bir daha qanun pozuntusa yol verilmişdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, epilyasiya fəaliyyəti özəl tibb fəaliyyəti hesab olunmadığına görə xüsusi lisenziya tələb olunmur. Qeyd olunanı nəzərə alaraq, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X8 tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 izahatında bildirdi ki, “Bio Estetik” gözəllik salonunda keçirilən yoxlama zamanı lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. Həmin xidmət isə lisenziya tələb olunan özəl tibb fəaliyyət növünə aiddir. Belə ki, epilyasiya xidməti xüsusi avadanlıqla həyata keçirildiyindən və onun fəsadları ola biləcəyindən həmin fəaliyyətlə məşğul olmaq üçün xüsusi icazə tələb olunur. Odur ki, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, DVX-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında fəaliyyət göstərən “Bio Estetik” gözəllik salonunda X5 tərəfindən lisenziya olmadan özəl kosmetoloji fəaliyyət göstərməsi faktı müəyyən edilmiş və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13.2-ci bəndinə əsasən kosmetoloji fəaliyyət lisenziyalaşdırılan işlər siyahısına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin nümayəndəsi Vəkil şikayəti əsassız olduğundan rədd edilməlidir. X3 (VÖEN **********) ünvan 2 ünvanında yerləşən “Bio Estetik” adlı obyektdə keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Şikayətdə qeyd olunur ki, X5 lazeroloq kimi lazer epilyasiyasi ilə məşğuldur və bu kosmetoloji xidmət sayılmır. Məhkəmə hesab edir ki, bu kosmetoloji tibbi xidmətdir və buna xüsusi razılıq tələb olunur. X5 isə (VÖEN **********) belə bir razılıq almamışdır, onun vergi ödəyicisi kimi qeydiyyatda olması bu fəaliyyətlə məşğul olması üçün kifayət etmir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var. Məhkəmə tərəfindən şikayətdə göstərilən digər hallar da yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi (vəkili) Vəkil şikayəti təmin edilməsin. X3 (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1572/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1572/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver