Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1576/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 2-ci dalan, ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 59, mənzil 70-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən tərtib edilmiş 20 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş, təhvil aldığı əmlakları mənimsəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X9 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra sənədi üzrə borclu şəxslər Elsevər və Elşad onun qardaşlarıdır, qardaşı Elşadın sağlığında, 2019-cu ilin fevral ayında Elşadın işlətdiyi mebel mağazasında Elşadı müvəqqəti əvəz etdiyi vaxt icra məmurları gələrək mağazadakı mebelləri siyahıya almışlar və siyahıya ona da imza etdirmişlər. Lakin nəzərə alınmalıdır ki, o, mağazanın sahibi olmamış, mallar da ona məxsus olmamışdır, ona görə siyahıya alınmış malların sonradan necə olması barədə onda heç bir məlumat yoxdur. Qərar qəbul olunarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə verilmiş şifahi məlumatla və elektron portalda yoxlama ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi hazırkı məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin hüquqi varisin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra vərəqəsinə əsasən X3 və X1 442.000 ABŞ dolları pul ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra vərəqəsinə əsasən iddianı təmin etmə tədbiri qismində X3 və X4 məxsus olan ünvan 1 ünvanda və ünvan 2ərkəzi “Günəş, “Best” və “Ankara” satış yerlərində olan mebellərin üzərinə həbs qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən tələbkar X2, hal şahidləri X12 və X7, satıcı Şəxs iştirakları ilə tərtib etdiyi 19 fevral 2019-cu il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında “Sidrə” mebel salonunda borclu X4 məxsus ümumilikdə 29 adda mebel dəsti müəyyən edilərək onların üzərinə həbs qoyulmuş və saxlanc üçün Şəxs təhvil verilmişdir. Təhvil vermə zamanı Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələbləri elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Yəni, bütün bu hərəkətlər, inzibati məsuliyyətə səbəb olacaq əməllər məhz icra sənədi üzrə borclu şəxs tərəfindən törədilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, istər iddianı təmin etmə tədbiri qismində müvafiq əmkakların (mebellərin) üzərinə həbs qoyulmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra vərəqəsi üzrə, istərsə də 442.000 ABŞ dolları pulun ödəniş vaxtına manatın məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(044)-955/2019 nömrəli icra vərəqəsi üzrə borclular X3 və X5r, hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs həmin icra sənədlərinin heç biri üzrə borclu şəxs deyildir, tələblər ona qarşı yönəlməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli akta əsasən də üzərinə həbs qoyulmuş mebel dəstləri saxlanc üçün Şəxs təhvil verilərkən, ona məhz Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələbləri elan edilmişdir, təsadüfi deyildir ki, Şəxs inzibati xətalar qanunvericiliyində hər hansı məsuliyyətinin olması barədə xəbərdarlıq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlərə görə” məsuliyyət nəzərdə tutulmamışdır, belə məsuliyyət yalnız Azərbaycan Respublikası CM-nin 303-cü maddəsində nəzərdə tutulmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı müdafiəçinin hesabına dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1576/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1576/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver