Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1577/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs“VAZ 21074” markalı, az ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşını alkoqollu vəziyyətdə idarə etmişdir. Bu hərəkətinə görə xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında material natamam tərtib edilərək məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. İşdə olan sübutlardan isə görünür ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Şəxs “VAZ 21074” markalı, az ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşını alkoqollu vəziyyətdə idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyinə dair bildirişin Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilməklə, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə lazımi qaydada məlumatlandırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmədən, ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin qeydinin tələbləri izah olunmadan barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığını göstərir və Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə və inzibati tənbehin məqsədlərinə uyğun gəlmir. Bundan əlavə, iş materiallarından görünür ki, tərtib edilmiş inzibati xəta haqqında protokol, onu tərtib etmiş şəxs və barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imzalanmamış, barəsində protokol tərtib etmiş şəxsə bu barədə məlumat verilməsi, məlumat verilmişsə sonuncunun protokolu imzalamaqdan imtina etməsi barədə qeyd aparılmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etsə də, onun əməlində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin tərkibinin olub-olması məsələsi protokol tərtib edilərkən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1577/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1577/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver