Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1579/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Ağamalıyev Əkbər Hakim oğlunun iştirakı ilə, Ağamalıyev Əkbər Hakim oğlunun, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-ali təhsilli, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/26 ünvanında qeydiyyatda olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2020-ci il tarixdə Ağamalıyev Əkbər Hakim oğlu epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli qərarı ilə Ağamalıyev Əkbər Hakim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxxxx 2020-ci ildə Ağamalıyev Əkbər Hakim oğlunun inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Ağamalıyev Əkbər Hakim oğlu göstərmişdir ki, Nizami rayon İcra və Probasiya Şöbəsindən ona cərimə olunması barədə qərar təqdim edilmiş və o, həmin şöbəyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə qeyd olunan qərarı əldə etmişdir. Ona məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, 100 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, həmin tarixdə, saat 20:30 radələrində polis əməkdaşı UPD qəsəbəsində yerləşən Araz marketin qarşısında ona yaxınlaşaraq icazəsinin olub-olmadığını soruşmuş, o, icazə aldığını lakin telefonunun evdə olduğunu bildirmişdir. Lakin polis əməkdaşı heç bir araşdırma, yoxlama aparmadan barəsində protokol tərtib etmiş, sonradan barəsində qərar qəbul edilmişdir. X3 Hakim oğlu barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, Ağamalıyev Əkbər Hakim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 1.2, 1.2.1 və 1.2.2-ci bəndlərinə əsasən, x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilmişdir: Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri. Məhkəmənin sorğusu əsasında, məhkəmə daxil olmuş “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik hüquqi şəxsin direktoru Fariz Cəfərovun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 2020-ci ilin 14 aprel tarixində saat 20:31-dən 22:31-dək 8103 SMS-İcazə sistemində vətəndaş Ağamalıyev Əkbər Hakim oğlunun adına icazə qüvvədə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Ağamalıyev Əkbər Hakim oğlunun xx xxxxx 2020-ci il tarixdə karantin rejimi dövründə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında təsbit edildiyi qaydada, yəni hərəkətinə icazə verildiyi və bu barədə məlumatların “icaze.e-gov.az” portalına daxil edildiyi halda, həmin tarixdə Ə.H.Ağamalıyev barəsində əsassız olaraq inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirovun qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə Ağamalıyev Əkbər Hakim oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1579/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1579/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver