Məhkəmə qərarları › İş №3(007)-158/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-158/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-158/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi – X4 və qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şikayətçi – X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qeyd olunan xx.xx.2024-cü il tarixli qərarı ona vermədikləri üçün şikayət ərizəsi ilə AR DİN-nin BDYBİ-nə məktub ünvanladıqdan sonra xx.xx.2024-cü il tarixdə çağırıldığını və qərarı xx.xx.2024-cü il tarixdə aldığını, buna görə də məhkəməyə şikayət vermə müddətini ötürdüyünü və müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, şikayət vermə müddətini bərpa etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ polis kapitanı X5 xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında iş üzrə qərarını qəti şəkildə qəbul etmir. Çünki həmin qərar qərəzli mövqe əsasında yazılmışdır. Həmin qərarın yazılmasına səbəb onun işıqforun qırmızı işığında keçməsi iddia olunur. Lakin o, işıq yaşıl olan zaman hərəkət etmişdir. Bu faktı sübut edəcək avtomaşında olan videogörüntüdə onun yaşıl işıqda keçdiyi öz təsdiqini tapır. Eyni zamanda, qeydiyyat ünvanı və yaşayış ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, X11 küçəsində yerləşən 20 B saylı fərdi yaşayış evinə olsa da, qərar və protokolda ünvanı ünvan 2rdi ki, ışıqfor rəqəmsal olmadır ki, svetoforun qadağanedici siqnalının yanmasına nə qədər vaxtın qalması bilinsin. Bundan əlavə, yolayrıcında sıxlıq yarandığından o hərəkətinə davam edə bilməmiş, məcbur olub nəqliyyat vasitəsini yolayrıcında dayandırmalı olmuşdur. Bütün bunlara əsasən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ifadə verərək bildirmişdir ki, X6 tərəfindən 2 qayda pozuntusuna yol verilmişdir. Belə ki, şikayətçi hərəkətə başlayarkən artıq işıqforun qadağanedici işarəsi yanmışdır, buna baxmayaraq sürücü hərəkətinə davam etmişdir. Eyni zamanda qırmızı işıqda hərəkət etdiyinə görə digər nəqliyyat vasitələrinin yaşıl işıqda hərəkət etməsinə mane olaraq, yolayrıcında sıxlığın yaranmasına səbəb olmuşdur. Qeyd olunanları təsdiq edən videomaterialı məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X12 İdarəsinin polis kapitanı Zahid Aslanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 13:29-da idarə etdiyi “KİA Sorento” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanında hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə və yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videomaterialdan görünür ki, X6 idarə etdiyi “KİA Sorento” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanında hərəkətdə olarkən qanunvericiliyin tələblərini pozaraq işıqforun qırmızı işığında keçmiş və bu səbəbdən digər nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq avtomobili yolayrıcında dayandırmaq məcburiyyətində qalmış və nəticədə sıxlığın yaranmasına səbəb olmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunduğu tarix və saatla videomaterialda qeyd olunan saat və tarix üst-üstə düşdüyündən inzibati xətanın X6 tərəfindən törədildiyini sübut etmiş olur. Həmçinin şikayətçi məhkəməyə təqdim etdiyi şikayət ərizəsində onun işıqforun yaşıl işığında keçdiyini təsdiq edən videomaterialın mövcud olduğunu qeyd etsə də, məhkəmə iclası zamanı təqdim edə bilməmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar, inzibati xəta haqqında protokol, proses iştirakçılarının ifadələri və məhkəmə iclasında təqdim edilmiş hadisə ilə bağlı videogörüntüyə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar