Məhkəmə qərarları › İş №3(007)-1580/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1580/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1580/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1955-ci ildə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu X8 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Ə.Z.Aslanov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X2 1 ədəd yolka qolbaq, 1 ədəd brilliant qaşlı saat, 1 ədəd 750 əyarlı boyunbağı, 1 ədəd setka klon, 1 ədəd qolbaq, 1 ədəd uzun sırğa, 1 ədəd klon sırğa, 1 ədəd kəpənək üzük, 1 ədəd kala üzük, 1 ədəd svetofor brilliant üzük, 1 ədəd brilliant qaşlı nişan üzüyü, 1 ədəd zəncirvari boyunbağı, 1 ədəd zəncirvari qolbaq, 1 ədəd irihəcmli aypara klon, 1 ədəd fantaziya brilliant qaşlı üzük, 1 ədəd ərəb əyarlı boyunbağı, 1 ədəd fantaziya brilliant qolbaq, 1 ədəd klon nal, 2 ədəd klon göz muncuğu, 1 ədəd drojka brilliant üzüyün alınaraq natura şəklində X9 qaytarılması qət edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına göndərilmişdir. X8 icra sənədini icra etməkdən qəsdən yayınır. Məhkəmədən X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 1 ədəd yolka qolbaq, 1 ədəd brilliant qaşlı saat, 1 ədəd 750 əyarlı boyunbağı, 1 ədəd setka klon, 1 ədəd qolbaq, 1 ədəd uzun sırğa, 1 ədəd klon sırğa, 1 ədəd kəpənək üzük, 1 ədəd kala üzük, 1 ədəd svetofor brilliant üzük, 1 ədəd brilliant qaşlı nişan üzüyü, 1 ədəd zəncirvari boyunbağı, 1 ədəd zəncirvari qolbaq, 1 ədəd iri həcmli aypara klon, 1 ədəd fantaziya brilliant qaşlı üzük, 1 ədəd ərəb əyarlı boyunbağı, 1 ədəd fantaziya brilliant qolbaq, 1 ədəd klon nal, 2 ədəd klon göz muncuğu, 1 ədəd drojka brilliant üzüyün alınaraq natura şəklində X9 qaytarılması qət edilmişdir. O, icra sənədini icra etməkdən boyun qaçırmır. Şəhid ailəsidir, 7 uşağı var, pandemiya ilə əlaqədar icra sənədini icra edə bilməmişdir. Hər ay lombarda 1700 manat ödəyib qızılları girovdan çıxardıb tələbkara verəcəkdir. Həmçinin girovda olan torpaq sahəsi vardır, həmin torpaq sahəsini sata bilsə icra sənədi üzrə borcunu ödəyəcəkdir. İcra sənədinin icrası ilə əlaqədar tələbkarla razılığa gəlmişlər. Məhkəmədən icra sənədini icra etməsi üçün ona 5 ay vaxt verilməsini xahiş etmiş və həmin müddət ərzində icra sənədini qismən icra edəcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X10 izahat verərək bildirmişdir ki, 5 ildir ki, X5 verdiyi qızıllarını ala bilmir. Buna görə də ailəsində söz-söhbət olmuşdur. Abbasova Rəhilə icra sənədini qərəzli şəkildə icra etməkdən boyun qaçırır. O, icra sənədinin icrası ilə əlaqədar borclu Abbasova Rəhilə ilə razılığa gəlmişdir. Rəhiləyə qızıllarını qaytarması üçün 5 ay vaxt vermişdir. Borcludan bu müddət ərzində qızıllarını qaytarmasını tələb edir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 1 ədəd yolka qolbaq, 1 ədəd brilliant qaşlı saat, 1 ədəd 750 əyarlı boyunbağı, 1 ədəd setka klon, 1 ədəd qolbaq, 1 ədəd uzun sırğa, 1 ədəd klon sırğa, 1 ədəd kəpənək üzük, 1 ədəd kala üzük, 1 ədəd svetofor brilliant üzük, 1 ədəd brilliant qaşlı nişan üzüyü, 1 ədəd zəncirvari boyunbağı, 1 ədəd zəncirvari qolbaq, 1 ədəd irihəcmli aypara klon, 1 ədəd fantaziya brilliant qaşlı üzük, 1 ədəd ərəb əyarlı boyunbağı, 1 ədəd fantaziya brilliant qolbaq, 1 ədəd klon nal, 2 ədəd klon göz muncuğu, 1 ədəd drojka brilliant üzüyün alınaraq natura şəklində X9 qaytarılması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu X5 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün vaxt verilmiş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, X8 tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbkarla razılığa gəlmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, X3 əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu X6 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1955-ci ildə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar