Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1585/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Saatlı rayonunda olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 27 sentyabr 2021-ci il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi 09 fevral 2022-ci tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, 09 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (007)-4055/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləğ çıxılmaqla) tutulub Zərərçəkmiş şəxs verilməlidir. İnzibati işdə olan qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022ci il tarixli icra vərəqəsi üzrə 944 manat aliment borcunu ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 27 sentyabr 2021-ci il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi 09 fevral 2022-ci tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat, 09 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (007)-4055/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləğ çıxılmaqla) tutulub Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. Borclu Şəxs icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş göndərilmişdir. Lakin, Şəxs icra vərərqəsi üzrə yaranmış 944 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə hər ay qeyri-rəsmi olaraq 400 manat məbləğində ödənişlər etmişdir. Aliment borcunu ödəməkdən yayınmadığına görə barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İcra vərəqəsi üzrə təyin olunmuş aylıq aliment ödənişinin 386 manat müəyyən edildiyi və ödəmənin 09 fevral 2022-ci il tarixdən başlanıldığı nəzərə alındıqda, 05 iyul 2022-ci tarixədək ödəniləcək alimentin məbləği 1930 manat təşkil edir. İnzibati xəta haqqında 05 iyul 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 944 manat aliment borcu vardır. Belə olan halda, borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə müəyyən məbləğlərdə aliment ödənişləri etdiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2 (007) 236/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərərqəsi üzrə ödənişlər etməsi, onun icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməməsi ilə bağlı icra orqanının mülahizəsini təkzib edir. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1585/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1585/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver