Məhkəmə qərarları › İş №3(007)-1589/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1589/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1589/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:36-da Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 74C ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Çayla” və “Just for Fit” adlı obyektdə xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydaların pozulması aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 74C ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Çayla” və “Just for Fit” adlı obyektdə xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:36-da vergi əməkdaşları tərəfindən müvafiq akt və protokol tərtib edilmişdir. Belə ki, vergi əməkdaşları inzibati xətanı aşkar etməzdən əvvəl masa arxasında əyləşən şəxslər müəyyən edilmiş saya uyğun olmuş, lakin sonradan obyektin arxa qapısından iki nəfər şəxs onların xəbəri olmadan həmin masaya tort gətirmişlər. Onlar bu məsələdən xəbərsiz olmuşlar, əks halda buna imkan verməzdilər. Baxmayaraq ki, karantin rejimi qaydası onların xəbəri olmadan pozulmuşdur, əməli səmimi etiraf edirlər. Bundan başqa MMC xeyriyyə işləri ilə də məşğul olur, xx xxxxxxx 2020-ci il tarixdə Silahlı Qüvvələrin Yardım Fonduna 30.000 manat məbləğində pul vəsaiti köçürmüşlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 19:36-da ünvan 2 ünvanında yerləşən vergi ödəyicisi Şəxs MMC-yə məxsus “Çayla” və “Just for Fit” adlı obyektdə Nazirlər Kabinetinin 189 nömrəli Qərarının və İXM-nin 211-ci maddəsinin tələblərinin pozulması faktı tərəflərindən aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə bir masa ətrafında müəyyən olunmuş say həddindən (6 nəfər) artıq şəxsin əyləşməsi (8 nəfər) müəyyən olunmuşdur. Baş vermiş hüquq pozuntusu müvafiq inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli 15 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin təsisçisi X4 “xxxxxxx” KB ASC vasitəsi ilə Azərbaycan Respublikası Silahlı X1 hesabına 30.000 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisinin səmimi etirafını, peşmançılığını, MMC-nin xeyriyyəçilik məqsədi ilə Azərbaycan Respublikası Silahlı X1 hesabına 30.000 manat məbləğində pul vəsaiti köçürməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar