Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1590/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2, xx xxxx 1966-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 51 saylı evin 40 saylı mənzilində qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X5 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 bildirdi ki, xx xxxx 2020ci il tarixdə o, yoldan keçərkən qonşusu Rza Tağızadənin avtomobil qəzası nəticəsində xəsarət aldığını görmüş və sonuncuya yaxınlaşaraq, birlikdə Polis Bölməsinə getmişlər. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində qonşusu X3 olan xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş və təhqiqatçı onlara qərar verərək, həmin qərar əsasında ekspertiza mərkəzinə göndərmişdir. Yolda olarkən, YPX inspektoru onları saxlamış və o, inspektora təhqiqatçının onları ekspertiza mərkəzinə göndərdiyini bildirmişdir və qeyd olunan qərarı təqdim etmişdir. Lakin inspektor onun bu sözlərinə heç bir məhəl qoymaraq, barəsində İXM-nin 211.1-ci maddəsi ilə qərar qəbul etmişdir. X1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və “Toyota” markalı avtomobil onu vuraraq xəsarət yetirmişdir. Hadisə yerindən təsadüfən keçən qonşusu Aybəniz Hüseynova ona yaxınlaşıb vəziyyəti ilə maraqlanmış, daha sonra onlar hadisə ilə əlaqədar Polis Bölməsinə getmişlər. Bölmədə təhqiqatçı xəsarətin dərəcəsini müəyyən etmək mümkün olmadığından ekspertiza təyin etmiş və qeyd olunan qərarı onlara təqdim edərək ekpertiza mərkəzinə göndərmişdir. Yolda isə YPX inspektoru onu və Aybəniz Hüseynovanı saxlamış və onlar inspektora təhqiqatçının onları ekspertiza mərkəzinə göndərdiyini bildirmişlər və qeyd olunan qərarı təqdim etmişlər. Lakin inspektor onların bu sözlərinə heç bir məhəl qoymamış və protokol tərtib etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarının 2-ci hissəsində göstərilmişdir ki, müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 saylı qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, X5Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı Fərhəng Hüseynov tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 ərizə ilə 13-cü PB-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmiş və hadisə ilə əlaqədar, R.S.Tağızadənin bədənində xəsarətlərin dərəcəsinin təyin edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Sabunçu rayon MTE və PA şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1590/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1590/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver