Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1591/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, 61 saylı evdə qeydiyyatda olan və yaşayan Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxxxx 2020-ci ildə X4 Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı-Şamaxı yolunda etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, həmin ərazidə xidmət aparan ** YP *** nömrəli YPX avtomobilinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı DYP inspektoru Bəhruz Məmmədov ondan avtomobilin sənədlərini tələb etmiş və o, təqdim etdikdən sonra polis əməkdaşı öz xidməti avtomobilinə əyləşmiş və sonuncu 10 dəqiqə sonra ona 50 manat cərimə olunması barədə TP ******* saylı qərarı təqdim etmişdir. O, hansı səbəbdən xəta ilə razılaşmadığı halda, birbaşa olaraq barəsində protokol tərtib edilmədən qərar verildiyini soruşmuş, inspektor isə bu suala cavab verə bilməmişdir. X3 hər hansı bir inzibati xəta törətmədiyinə görə barəsində Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 göndərilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, YPX inspektoru tərəfindən birbaşa inzibati tənbeh vermə haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 İİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1591/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1591/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver