Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1599/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkili – “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı ünvan 1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən 150000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 10 mart 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi, vəkili – “Xəzr Konsaltinq” Vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, "xxxx" MMC-nin köçürülən pullarla əlaqədar isə vasitəçilik fəaliyyəti həyata keçirmişdir. Belə ki, "xxxx" MMC tərəfindən “Ezze” Groupdan kivi məhsulları "xxxx" ASCyə satılması üçün alınmış və Rsuiya Federasiyasına göndərilmiş, məhsullar oraya daxil olduqdan sonra "xxxx" ASC tərəfindən müvafiq pul məbləği "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC tərəfindən isə həmin məbləğlər Türkiyə Respublikasına göndərilmişdir. Həmin məbləğlər göndərildikdən sonra pullara dair məhsul ölkəyə gətirilməmiş, belə ki, kivvi məhsulları artıq əvvəlcədən alınmışdı. Beləliklə, "xxxx" MMC broker fəaliyyəti həyata keçirmiş, real vasitəçi kimi çıxış etmişdir. “X7 İhracat Limited Şirketi” tərəfindən verilən məktubla da bu sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bununla bağlı müvafiq plenum qərarı var və mövqe belədir ki, bu kimi hallarda, yəni vasitəçilik hallarında məhsulun ölkəyə girməsi tələb olunmur. Sonda bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın etibarnamə üzrə nümayəndəsi X3 ərizə ilə məhkəməyə müarciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.2-1-ci yarımbəndinə əsasən malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməklə həyata keçirilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən icra edilən avans ödənişlərində köçürmənin təyinatını təşkil edən müqavilə vasitəçiliklə bağlı deyildir. Bununla yanaşı, sözügedən qurumun hesabına daxil olan pulların təyinatına və vəsaiti göndərən şirkətə baxdıqda daxil olan pulun təyinatını köçürülən pulun təyinatı ilə uyğunlaşdırmaq, həmçinin vəsaiti göndərən şirkəti müəyyənləşdirmək mümkün deyildir. Həmçinin onu da qeyd etmişdir ki, "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına vəsaitlər xarici valyutada deyil, milli valyutada daxil olmuşdur. Bununla əlaqədar isə bildirmişdir ki, valyuta rejiminin tətbiq olunmasının əsas məqsədi valyuta bazarında sabitliyin təmin olunması və tədiyyə balansında valyuta kəsirinin qarşısının alınmasıdır. Bu məqsəddən çıxış edərək Qaydalar rezidentlərin məhz xarici valyutada əməliyyatlarının aparılması hallarını və şərtlərini müəyyən edir. Bu baxımdan, Qaydaların 4.3.2-1-ci bəndində vasitəçiliklə bağlı müəyyən edilən köçürmələr də vasitəçinin hesabına vəsaitin xarici valyutada daxil olduğu halları nəzərdə tutur. Bütün bunları nəzərə alaraq "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC -nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 10 mart 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC ASCnin xx.xx.2025-ci il tarixli, 13002-01/15 məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X5 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 150000.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 30000.00 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1599/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1599/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver