Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1601/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nizami Rayon DYPŞ-nin Yol-Patrul Xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 14:12-də “Hyundaı Elantra” markalı 77MG605 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1999-cu ildə ünvan 2 ünvanında yaşayan Şəxs tərəfindən AR İXM-nin 334-1.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş hallara yol verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nizami Rayon DYPŞnin Yol-Patrul Xidməti inspektoru X2 izahatında bildirmişdir ki, 15 mart 2025-ci il tarixində xidməti vəzifələrini yerinə yetirərkən onlara bildirilmişdir ki, Şəxs yol-hərəkət qaydalarını, manevr etmə qaydalarını pozmuşdur. Şəxsə yaxınlaşmış, sənədləri təqdim etməsini tələb etmişlər. Şəxs onlara sürücülük vəsiqəsinin olmamasını bildirmiş və portaldan yoxladıqları zaman da onun həqiqətən sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Şəxs narkoloji test edilmiş, narkotik vasitədən istifadə etdiyi aşkar edilmiş, həmçinin şəxsin narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etdiyi özünün izahatı ilə də təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, onun anası onkoloji xəstədir. O, hadisə baş verdiyi günü anası xəstə olduğu üçün onun yanına getməyə tələsmişdir. Buna görə yol hərəkəti qaydalarını pozmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. Maşını onun sevgilisi kirayəyə götürmüş, o da maşını ondan götürmüşdür. O, hadisə baş verməmişdən 3-4 gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Əvvəllər 177.1 və 234.1-cü maddələrlə məhkumluğu olmuşdur. 2 ildir ki azadlığa buraxılmışdır. 3-4 gündür ev şəraitində müalicə olunur. Anasının xəstə olması nəzərə alınmaqla barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Nizami RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən kəmərli radio efir vasitəsi ilə onlara kəmərli köməklik lazım olduğu bildirilmiş, həmin ünvana yaxınlaşaraq orda olan bir nəfər şəxsi avtomobilə əyləşdirərək 25-ci PŞ-nə dəvət etmiş, bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir.
2. Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Şəxs Sərvər oğlunun adına sürücülük vəsiqəsinin olması barədə BDYPİ-nin Mərkəzləşdirilmiş kompyuter bazasında məlumat qeydə alınmamışdır.
3. Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Şəxs Sərvər oğlu barəsində BDYPİ-nin Mərkəzləşdirilmiş kompyuter bazasında təkrarlıq qeydə alınmamışdır.
4. xx.xx.2025-ci il tarixli, 11292 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan görünür ki, Şəxs Sərvər oğlunda havanı müəyyən edən cihaz vasitəsi ilə MOMA (+), THC (+), MET (+), MTD (+), MOP (+) və sidiyində narkotik aşkar edilmişdir.
5. xx.xx.2025-ci il tarixli, “nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, “Hyundai” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünün etirafı, inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan elektorn məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan və Nizami RPİ DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan 15 mart 2025-ci il tarixli 1/292 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmuşdur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin :
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən tətbiq edilən inzibati tənbehin növü müəyyən edilərkən əvvəllər narkotik vasitədən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin yenidən narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətində nəqliyyat vasitəsini idarə edərək başqa şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratması nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Odur ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, materialın məhkəməyə daxil olduğu vaxtdan, xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXMnin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, həmin şəxsin barəsində sözügedən maddələrlə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə işdə iştirak etdiyi müddət 6 iş saatına bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 18 mart 2025-ci il tarixindən hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva