Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1603/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokurorun böyük köməkçisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” Y/S, ev 15, mənzil 16-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, "xxxx" ASC-də növbə ustası vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin 17 mart 2025ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs, "xxxx" ASC-də növbə ustası vəzifəsində işləyən Şəxs "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində əmək şəraitinin vəziyyətinə daimi nəzarət etməklə iş yerlərinin normal olmasını, təhlükəsizlik tələblərinə cavab verməsini, təhlükəli iş ərazilərinin çəpərlənməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 2.1, 2.2,1.2 bəndinin (5-ci və 8-ci abzaslarının) tələblərinin pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində işləyən Zərərçəkmiş şəxs metal ərintinin ayağının üzərinə sıçraması nəticəsində yanıq xəsarətləri almış bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar X7, Zərərçəkmiş şəxs, X6, X4 və Şəxs izahatları, əmək müqaviləsinin bildirişi, hadisə yerinə baxış protokolu, məhkəmə tibbi ekspert rəyi, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyi ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, vəzifəsi rəsmiyyətdə növbə ustası gedir, ancaq onu növbə rəisi deyə çağırırlar. Zərərçəkmiş şəxs onun işçisi olmuşdur. Zərərçəkmiş şəxs vəzifəsi kran tərəfindən iri dəmir qabların içərisində gətirilmiş dəmir metalların yerə qoyulması üçün dəmir qabların krana bağlandığı ilməkləri açmaqdan ibarət olmuşdur. Nurlan ilməyi, yəni qarmağı açdıqdan sonra kran iri dəmir qabı yerə qoyub digərini gətirmək üçün getmişdir. Eyni zamanda Nurlan vəzifəsi üzrə ərinmiş metaldan əmələ gələn yararsız məhsulu təmizləməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs rəsmiyyətdə vəzifəsi ilməkçi fəhlə olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs işə gəlmədiyi üçün sonuncuya zəng etmiş və nəyə görə işə gəlmədiyini soruşmuşdur. Nurlan isə əvvəlki iş günündə iş prosesi zamanı yanıq xəsarəti almasını demişdir. Zərərçəkmiş şəxs məlumat vermədiyinə görə irad bildirmiş, Nurlan isə bildirmişdir ki, xəsarət aldığı gün, yəni xx.xx.2024-cü il tarixdə müəssisə ərazisində tibb məntəqəsinə bildirib və orada müayinə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında bildirmişdirki, o, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində ilməkçi fəhlə kimi işləyir. 21 dekabr 2024-cü il tarixdə o, ərinmiş metaldan süzülmüş yararsız məhsulun toplaşdığı qabı götürüb içərisində yararsız məhsulların toplandığı zibil qabına boşaltdıqda, zibil qabının yuxarısında qoyulmuş və içərisində qaynar metal olan qızdırıcı qabın içərisindən qaynama halında sıçrayan damcı metal ərintisi onun sol ayağının üzərinə düşmüşdür. Bu zaman sol ayağında botinka geyinmiş olsa da, yenə də bunun xeyri olmamış və maye metal botinkanın üzərindən deşib içəriyə keçərək ayağını yandırmışdır. Araşdırma zamanı izahatı alınmış X6, X4, X1 Asif Musa oğlu və Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu izahat verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metal tökmə sahəsidir. Baxış iştirakçısı, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə həmin sahədə xəsarət almasını bildirmiş və hadisənin baş verdiyi yeri, metal ərintinin töküldüyü yerdən sıçrayaraq Zərərçəkmiş şəxs xəsarət yetirdiyi və tullantı metalların yığıldığı qabların olduğu yeri göstərmiş, müəyyən edilmişdir ki, istehsalat üçün yararsız ərinti metalın töküldüyü yerin ətrafı hasarlanmamışdır. “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" ASC zavodunun fasonlu hissələrin metaltökmə sahəsində fəhlə-ilməkçi vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, Şəxs "xxxx" ASC zavodunun fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsində işləmişdir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 28 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş - sol daban nahiyəsinin termiki yanığı - qızğın maddənin, qızğın dəmirin yerli təsirindən törənmişdir, yəni xx.xx.2024-cü il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində istifadə olunan hadisə baş vermiş avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istifadəsinə yol verildiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.4 bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. ünvan 6 ünvanında yerləşən “Bakı İnşaat Sənaye" ASCnin fasonlu hissələrin metaltökmə sahəsində əmək şəraitinin vəziyyətinə daimi nəzarət etməklə iş yerlərinin normal olmasını, təhlükəsizlik tələblərinə cavab verməsini, təhlükəli iş ərazilərinin çəpərlənməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 2.1, 2.2, 1.2 bəndinin (5-ci və 8-ci abzaslarının) tələbləri "xxxx" ASC-nin ustası tərəfindən pozulmuşdur. (Konkret şəxslər araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami rayon prokurorluğunda toplanmış material olmuşdur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını rədd edən halların olmamasıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində fəhlə-ilməkçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alması faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, vəzifəli şəxs, "xxxx" ASC-nin sex rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokurorun böyük köməkçisi X5 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tabeliyində işləyən işçidir. Növbədə olan zaman Nurlana zəng vuraraq işə gəlməməsinin səbəbini soruşanda o, bir gün əvvəl işdə ayağı yandığı üçün gələ bilmədiyini söyləmişdir. Ona xəbər verməli olduğunu demiş, səhər işə gəlməsini və həkimə aparmalarını söyləmişdir. Səhəri gün də Zərərçəkmiş şəxs işə gəlməmiş, ondan sonrakı gün işə çıxmışdır. Həmin gün isə orada həkimə aparmaqda məsul şəxs olmamışdır. Daha sonra həkimə aparmışlar, həkim ciddi bir şey olmadığını, sarıyacaqlarını və keçib gedəcəyini bildirmişdir. Lakin ondan sonra Zərərçəkmiş şəxs getmiş və zənglərə cavab verməmişdir. Bütün işçilərə, o cümədən Zərərçəkmiş şəxs təhlükəsizlik qaydaları, təlimatlar izah edilmişdir. Hadisə Nurlanın öz ehtiyatsızılığından baş vermişdir. Buna baxmayaraq, növbə ustası kimi əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, "xxxx" ASC-də 2024-cü ilin aprel ayından işləmişdir. 21 dekabr 2024-cü il tairxdə səhər saatların onun ayağı yanmış, özü gedib dərman vurmuşdur. Orada olan hər kəs onun ayağının yanmasını görmüşdür. 22 dekabr 2024-cü il tarixdə yaralı-yaralı işə getmişdir. Daha sonra ayağı ağrımış, oişə gedə bilməmişdir. Onu həkimə aparan və vəziyyəti ilə maraqlanan ancaq Şəxs olmuşdur. Ona görə Asifdən şikayəti yoxdur. Onun şikayəti müəssisədəndir, ona diqqətsizlik göstərilmişdir. Zavodda işçilərə qarşı diqqətsizlik edirlər, maaşları vaxtlı-vaxtında vermir, yubadırlar. Asifin vəzifə borcu deyil onu həkimə aparsın. Onun ayağı yanmış, lakin ona kömək etməmişlər. Ona qorunması üçün “botinka” və “kask” verilmiş, hər gün Asif ona təlimat vermişdir. Zavodda peç tökülür, onlar onu dəyişirlər. Əslində işçilər onu etməməlidirlər. Heç bir zavodda bu iş insan əməyi ilə edilmir. Hər yerdə onu xüsusi texnika edir. Bu, zavod tərəfindən verilmiş göstəriş olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, 2024-cü ilin sntyabr ayından "xxxx" ASC-də əməyin mühafizəsi xidmətinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ASC-də ilməkçi fəhlə vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs 21 dekabr 2024-cü il tarixdə iş prosesi zamanı yanıq xəsarəti almışdır. Bu barədə ona həmin gün onun növbə rəisi Şəxs məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı rəhbərliklə məsləhətləşilmiş, daha sonra qərara alınmışdır ki, Zərərçəkmiş şəxs ASC-nin öz tibb məntəqəsində müayinə olunsun. Çünki növbə rəisi Asif ona demişdir ki, Zərərçəkmiş şəxs çox ciddi xəsarəti yoxdur. Buna görə də onlar Zərərçəkmiş şəxs həmin gün xəstəxanaya aparmamışlar. Zərərçəkmiş şəxs tərəflərindən səhəri gün dəfələrlə zəng vurulsa da o, zənglərə cavab verməmiş və işə gəlməmişdir. Bunun səbəbini başa düşməmişlər və onun işə gələcəyini gözləmişlər. Zərərçəkmiş şəxs qorunması üçün nə lazımdırsa vermişlər. Onlar hər gün işçiləri məlumatlandırırlar. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1603/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1603/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver