Məhkəmə qərarları › İş №3(007)-1607/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1607/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1607/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 27 may 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək bildirdi ki, o, polis əməkdaşlarının hər hansısa qanuni tələbinə tabesizlik göstərməmişdir. Odur ki, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, Şəxs 27 may 2021-ci il tarixdə Q.Qarayev prospektində idarə etdiyi “Mercedes Benz” markalı AZ **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozduğuna və nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanının üstünə örtük çəkdiyinə görə Bakı şəhəri Nizami RPİ-nin DYPİ-nin YPX əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib etmək istənilmişdir. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq onlara əngəl törətmişdir. Odur ki, göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Şahid Bakı şəhəri BPİ-nin X6 İdarəsinə bilavasitə tabe olan YPX Alayı yol patrul xidməti inspektoru X3 ifadəsində bildirdi ki, Şəxs, 27 may 2021-ci il tarixdə, idarə etdiyi Mercedes markalı AZ**-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozduğuna və nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıraraq örtük çəkdiyinə görə, həmin avtomobilə yaxınlaşmış və inzibati xətanı rəsmiləşdirmək üçün sürücü Şəxs hüquq və vəzifələri izah edilmişdir. Lakin Şəxs heç bir qanun pozuntusu törətmədiyini bildirmişdir. Şəxs etdiyi qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsindən ötrü ərazi üzrə polis şöbəsinə dəvət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, sosial vəziyyətini, əvvəllər məhkum olunmamasını, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, İ.İ. Hacıyevə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar