Məhkəmə qərarları › İş №3(007)-1615/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1615/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1615/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 47 saylı evin 72 saylı mənzilində qeydiyyatda olan yaşayan barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(007)-1726/2014 saylı qətnaməsinə əsasən, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxx 2014-cü tarixdən başlayaraq xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs hər ay sabit aliment qismində bir uşağa görə 103 (yüz üç) manat məbləğində pul tutularaq, ünvan 2 mənzil 95 ünvanında qeydiyyatda olan X3 ödənilməsi və Şəxs 10 (on) manat dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 1854 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə aliment borcunu ödəməkdən yayınmır, sadəcə olaraq onun maddi gəlirinin çox aşağı həddə olması və stabil gəlir əldə edə bilməməsi icra sənədi tam icra etməsinə mane olur. Belə ki, o “Bolt” şirkətində sürücü işləyir. O, aliment borcunu hissə-hissə ödəməyə hazırdır. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(007)- 1726/2014 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda aliment üzrə borc 1854 manat təşkil edir. Borclu Şəxs bu günədək yaranmış 1854 aliment üzrə borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxsməsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il, saat 14:00dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar