Məhkəmə qərarları › İş №3(007)-1616/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1616/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1616/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Qurbanlı Emil Möhübbət oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxxx 2020-ci il tarixdə Qurbanlı Emil Möhübbət oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan sonuncunun atası Möhübbət Qurbanovun verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunun mənasından göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İş materiallarına isə şikayət vermiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın surəti, habelə həmin qərarın ona təqdim edilməsi məqsədilə müvafiq Polis Şöbəsinə müraciət edib-etməməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış şəxs məhkəməyə şikayət vermək hüququna malikdir. Şikayət vermiş şəxs Möhübbət Qurbanov tərəfindən isə barəsində qərar çıxarılmış şəxsin həqiqətən də məhkəmə proseslərində iştirak etmək imkanının olub-olmamasına, sonuncunun fəaliyyət qabiliyyətinin olub-olmamasına, habelə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, sonuncunu məhkəmədə təmsil etmək səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd şikayətə əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət düzgün verilmədiyinə görə baxılmadan geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə müraciət etmək hüququ ona izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Qurbanlı Emil Möhübbət oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar