Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1616/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən 27 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən 27 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinin tələbinə uyğun olaraq qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta 25 aprel 2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində törədilmişdir, hansı ki, həmin ərazi Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində yerləşir. Qərardan şikayət verən X3 Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olsa da, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayət geri qaytarılmalı və ona şikayətindəki yanlışlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən 27 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarından şikayəti geri qaytarılsın. X2 şikayətdəki yanlışlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1616/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1616/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver