Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1618/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonunun Zolgörən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 07 may 2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən “8ci km bazarı”ndakı geyim mağazasına müştəri kimi getmiş Zərərçəkmiş şəxs almaq istədiyi şalvarı geyinərkən əynindən çıxarıb paltar dəyişmə otağının qarşısına qoyduğu şalvarın cibindən 50 manat dəyərində bir ədəd “Samsung Duas” markalı mobil telefon aparatını və 40 manat nağd pulu oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə cəmi 90 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 07 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “8-ci km bazarı”nda olduğu vaxt mağazaların birində bir nəfər şəxsin geyinmə yerində şalvarını piştaxtanın üzərinə qoyduğunu görmüş, şalvarın cibinə baxaraq oradan 40 manat pul və “Samsung Duas” markalı mobil telefonu götürmüş, tez oradan uzaqlaşmışdır. Həmin mobil telefonu Sabunçu bazarında tanımadığı şəxsə 20 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığına görə ziyanın əvəzini ödəyə bilməmişdir, gələcəkdə ziyanı ödəmək üçün çalışacaqdır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, işə baxılması üçün qısa müddət nəzərdə tutulduğundan məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatını elan etməklə tədqiq etmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, işləmək üçün Bakı şəhərinə gəlib ünvanını dəqiq bilmədiyi yerdə kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində özünə geyimlər almaq üçün Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarına gəlmiş, bazarda gəzən zaman özünə məxsus Paşabank tərəfindən verilmiş plastik kart, 40 manat pul və “Samsung Duas” markalı, imei kodunu bilmədiyi, üzərində ***- ***-**-** saylı nömrə olan mobil telefon aparatı şalvarının cibində olmuşdur. Geyim almaq üçün paltar mağazasına yaxınlaşıb özünə geyimlərə baxan zaman, paltar dəyişmə otağına keçmiş, mağazanın içərisi balaca olduğu üçün, paltar dəyişmə otağının qarşısında olan vitrinin üzərinə əynində olan şalvarı çıxarıb qoymuşdur. Yeni alacağı şalvara soyunub geyinmə otağında əynində baxış keçirdikdən sonra bəyəndiyi üçün vitrinin üzərinə qoyduğu şalvarını götürüb cibindən pulunu ödəmək istədikdə, Paşabank tərəfindən adına verilmiş plastik kart, 40 manat pul və “Samsung Duas” markalı, imei kodunu bilmədiyi, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon aparatının cibində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs ona məxsus Paşabank tərəfindən adına verilmiş plastik kart, 40 manat pul və “Samsung Duas” markalı, imei kodunu bilmədiyi, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon aparatı müştəri kimi getdiyi Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında yerləşən geyim mağazasının paltar dəyişmə otağının qarşısında olan vitrinin üzərində nəzarətsiz qaldığından oğurlanmış, Paşabank tərəfindən adına rəsmiləşdirilmiş plastik kart hesabında 156 manat nağd pul olsa da, oğurluq hadisəsindən dərhal sonra kartı zəng vurub bloklatdığı üçün 156 manat pulu hesabından kənar şəxs tərəfindən çıxarılmamış, şalvarın cibindən 40 manat pulu və 50 manat dəyərində “Samsung Duas” markalı mobil telefon aparatı oğurlandığı üçün ümumilikdə ona 90 manat məbləğində maddi ziyan dəydiyini, oğurluqla bağlı konkret olaraq şübhələndiyi şəxs və ya şəxslərin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 17 may 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın 24-cü PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qərardan görünür ki, 17 may 2022-ci il tarixdə iş üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkilinin 12 iyul 2022-ci il tarixli raportundan görünür ki, 07 may 2022-ci il tarixdə iş üzrə xırda talama yolu ilə oğurluq etmiş Şəxs müəyyən edilmiş, o, əməlini etiraf etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində ictimai iş növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1618/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1618/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver