Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1619/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Dadiyev Fərahim Balaş oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İXP ******* saylı, xx.xx.2024-cu il tarixli inzibati xəta haqqında protokolunun qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol tərtib edilmişdir, lakin həmin protokol əsasında qəbul edilmiş hər hansı qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, məhkəmə həmin qərardan şikayətə baxa bilsin. Protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Qeyd olunan səbəbdən şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İXP ******* saylı, xx.xx.2024-cu il tarixli protokolundan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1619/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1619/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver