Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1621/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs Nuridə Həsənovanın, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Ülvi Qasımovun iştirakları ilə, xx.xx.1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 24cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edərək qızı Şəxs tərəfindən mütəmadi döyüldüyü və təhqir olunması barədə məlumat vermişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətdiyini etiraf edərək bildirdi ki, qeyd olunan hadisə zərərçəkmiş şəxsin hərəkətləri qarşılığında baş vermişdir. Belə ki, anası Nuridə Həsənova daim onu və övladlarını təhqir edir, hətta bir neçə dəfə o işdə olduğu zaman uşağının anası Nuridə Həsənova tərəfindən döyülməsinin şahidi olmuşdur. Qeyd olunanları nəzərər alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X6 çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Ülvi Qasımovun məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan şəxslər problemli ailə kimi bölmədə qeydiyyata alınmış, tərəflər qarşılıqla olaraq bir-birindən dəfələrlə şikayətçi olmuş, bu günə kimi aparılmış profilaktik söhbətlər öz nəticəsini verməmişdir. Zərərçəkmiş şəxs Nuridə Həsənova məhkəməyə verdiyi izahatında qeyd etdi ki, qızı ilə arasında olan mübahisə əmlakla bağlıdır. Qızı tərəfindən dəfələrlə təhqir olunmuş, hadisə baş verən günü isə qızı tərəfindən itələnmiş, o da müvazinətini itirərək yerə yıxılan zaman başının arxası taxta döşəməyə dəymişdir. Şəxs həmin əməli törətməsi Nizami RPİ 25-ci Polis Şöbəsinin təhqiqatçısı Sadiq Həsənovun xx.xx.2024 -cü tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş 66 saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, Nuridə Həsənovanın bədənində sağ saidin, sol əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qeyd olunan müddətdə yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1621/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1621/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver