Məhkəmə qərarları › İş №3(007)-1630/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1630/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1630/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X5, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nizami prokurorluğunun nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1990-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, FHN-nin DYN Xidmətinin 1-ci ərazi idarəsinin inspektoru vəzifəsində çalışan ünvan 1 ünvanında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Nizami Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Astoria” otelinə masajist kimi çağırdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən bir neçə dəfə əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub fiziki ağrı yetirməklə Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar çıxarılmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilməsə də, öz münasibətini bildirərək Şəxs ilə barışmadığını qeyd edərək, şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayətçi Zərərçəkmiş şəxs hər hanısa xəsarət yetirməmiş, həmin şəxsi masajist kimi çağırmış, sonradan həmin şəxsin onun cibindən oğurluq etməsi ilə bağlı şübhələr yaranmış, cibindən götürülmüş 800 manat pulu geri tələb etmiş, bu zaman aralarında sözlə mübahisə yaranmış, lakin ona hər hansısa xəsarət yetirməmişdir. Baş vermiş oğurluqla bağlı polisə müraciət etmiş, lakin sonradan ortaq tanışları xahiş etdiyi üçün öz şikayətinin üzərində dayanmamışdır. Qeyd olunanlara əsaslanaraq inzibati xəta törətmədiyini, barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X9 çıxış edərək bildirdi ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Nizami rayon prokurorunun köməkçisi X3 bildirdi ki, X10 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta üzrə icraata başlanılmış, baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilmişdir. İcraat Zərərçəkmiş şəxs müraciəti əsasında başlanılmış, şikayət əsasında həmin iş üzrə xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar çıxarılmış, inzibati məsuliyyət məsələsinin həlli üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Astoria Baku” otelindən verilmiş sifariş əsasında Zərərçəkmiş şəxs otelə yaxınlaşmış, daha sonra ona zəng edərək müştərinin ona intim təkliflər etdiyini bildirmiş, o, dərhal ona otağı tərk etməsini demişdir. 40-45 dəqiqə sonra otelə yaxınlaşdıqda Zərərçəkmiş şəxs üz və boğaz nahiyələrində qızartıların olduğunu və platarlarının cırılmış vəziyyətdə olduğunu görmüşdür. Oğurluq hadisəsi ilə bağlı isə onun hər hansı bir məlumatı olmamışdır. X6 həmin əməli törətməsi xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş 105 saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi döş qəfəsinin sol yarısının sıyrığı, küt əşyanın təsirindən törənmişdir. Dərəcəsinə görə həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. qızının bədən səthində sağ bazunun arxa-bayır səthinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətin xx.xx.2022-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X6 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X8 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar