Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1633/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:25 radələrində idarə etdiyi “Mercedes Benz E200” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu Özbəkistan küçəsi ilə T.Abbasov küçəsinin kəsişməsində X4 idarə etdiyi “Hyundai” markalı dövlət qeydiyyat nişanı H 024440 olan avtomobil ilə toqquşmuş, bundan sonra Mercedes markalı avtomobil fırlanaraq yol ayrıcında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mercedes markalı avtomobilin qabaq sol hissəsindən toqquşmuş, nəticədə “Hyundai” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin 27 fevral 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hadisə 29 yanvar 2023-cü il tarixdə, saat 10:25 radələrində Nizami rayonu Özbəkistan küçəsi ilə T.Abbasov küçəsinin kəsişməsində baş vermiş, belə ki, o, özünə məxsus olan Mercedes markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu Özbəkistan küçəsi ilə T.Abbasov küçəsi istiqamətində 50km\saat sürətlə hərəkət edərək Özbəkistan küçəsi ilə T.Abbasov küçəsinin kəsişməsindən düzünə R.teymurov küçəsi istiqamətində hərəkətini davam etdirmək istəyən zaman T.Abbasov küçəsi ilə Ə.Vəliyev küçəsi istiqamətində hərəkətdə olan Hyundai markalı avtomobilin qabaq hissəsi ilə idarə etdiyi avtomobilin sağ yan hissəsində toqquşmuş, bu zaman onun avtomobili fırlanaraq sol yan hissəsi ilə yol ayırıcında dayanmış Mercedes markalı avtomobilə dəyərək dayanmış, lakin Hyundai markalı avtomobildə olan sərnişin xəsarət almış, bunun üçüb də hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlər etmiş, lakin zərərçəkmiş şəxs onun zənglərinə cavab verməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, inizbati xəta törətmiş şəxsdən şikayətçidir. Belə ki, hadisə baş verdikdən sonra şəxs tərəfindən zərərçəkmiş şəxsə heç bir yardım edilməmiş, onlara dəymiş zərər ödənilməmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsini tələb edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 88 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/326 saylı rəyə əsasən “Mercedes Benz E200” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin 27 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abdulov X5 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il (bir il) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1633/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1633/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver