Məhkəmə qərarları › İş №3(007)-1637/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1637/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1637/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs X9 xeyrinə 5100 manat, məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 16000 ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 1133 ABŞ dolları faiz borcu, dövlət rüsumuna görə ödənilmiş 454 manat vəsaitin əvəzi, X7 xeyrinə 30000 ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 2125 ABŞ dolları faiz borcu tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3664/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" QSC-nin xeyrinəxx.xx.2021-ci il tarixli, NCN000053 saylı müqavilə üzrə 2425 manat əsas borc, 36 manat cərimə, cəmi 2461 manat borc və 47,89 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1802/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 001/2022 saylı sazişə əsasən ödənilməmiş 118986 manat məbləğində əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 8,99 manat məbləğində pul tutulmalıdır. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər "xxxx" MMC və Şəxs müştərək qaydada "xxxx" ASC-nin xeyrinə DCS00159374-03 nömrəli maliyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 2388,45 manat faiz borcu və 200 manat mediasiya xərci tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 01121221 saylı müqavilə üzrə 259 manat əsas borc, 25 manat cərimə, cəmi 284 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Lakin borclu icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borclunun icra vərəqələri üzrə 49258 ABŞ dolları və 130111.77 manat borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırda yığılmış borcundan ödəniş etməyə maddi imkanı yoxdur. Lakin onun özünün də tələbkar kimi başqa borclulardan alacaq pul vəsaitləri var. Əgər ona vaxt verilərsə, borcunu ödəməyə çalışacaqdır. Müdafiəçi məhkəmə iclasında bildirdi ki, hazırda borcunu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır, ona vaxt verilərsə, borcunu ödəyəcək. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində 5 icra sənədi mövcuddur. Uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədləri üzrə tələbi və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Həmçinin borclu dəfələrlə icra şöbəsinə dəvət edilsə də, çağırışlara gəlməmiş, bu səbəbdən onun barəsində axtarış elan olunmuşdur. Axtarışla tutulduqdan sonra ona borcunu ödəmək təklif olunsa da, borcunu ödə bilməyəcəyini bildirmişdir. Beləliklə, borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. X3 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsinin üzərindən uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən ödəniş edilməmişdir. Bu səbəbdən borcludan şikayətçidir. Tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs X9 xeyrinə 5100 manat, məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 16000 ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 1133 ABŞ dolları faiz borcu, dövlət rüsumuna görə ödənilmiş 454 manat vəsaitin əvəzi, X7 xeyrinə 30000 ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 2125 ABŞ dolları faiz borcu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 3664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" QSC-nin xeyrinəxx.xx.2021-ci il tarixli, NCN000053 saylı müqavilə üzrə 2425 manat əsas borc, 36 manat cərimə, cəmi 2461 manat borc və 47,89 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulmalıdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1802/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 001/2022 saylı sazişə əsasən ödənilməmiş 118986 manat məbləğində əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 8,99 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər "xxxx" MMC və Şəxs müştərək qaydada "xxxx" ASC-nin xeyrinə DCS00159374-03 nömrəli maliyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 2388,45 manat faiz borcu və 200 manat mediasiya xərci tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 01121221 saylı müqavilə üzrə 259 manat əsas borc, 25 manat cərimə, cəmi 284 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərarlardan görünür ki, müvafiq icra sənədləri üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icra hərəkətlərinin davam etdirilməsi” haqqında qərardan görünür ki, e-2-2(117)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icra hərəkətləri davam etdirilmiş, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, borclu Şəxs müvafiq icra sənədlərində göstərilən tələblərin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 7 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 07 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 42 (qırx iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar