Məhkəmə qərarları › İş №3(007)-1640/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1640/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1640/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Biter Lokmanın etibanamə ilə nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X4 X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, "Makro 2000 X2 Taahhüt İç ve X10"nin Azərbaycan Respublikasındakı filialının direktoru olaraq AR ƏƏSMN yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə edilmişəm. Aşağıdakı əsaslara görə hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ilk başdan sözügedən qərarla bağlı müəyyən etmişdir ki, qərarda adı göstərilən vətəndaş X1 direktoru olduğu şirkətin əməkdaşı olmamış, X5 Xidməti "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş" informasiya sistemindən əldə etdiyi məlumatlara əsasən qərar qəbul etmişdir. Buna oxşar digər işdə Nizami rayon Məhkəməsinin 3(007)- 4310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə şikayət təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 2722/2024 saylı, xx.xx.2024-cii il tarixli qərarı ilə qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi eyni mahiyyətli işə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. İnzibati orqan tənzimləyici rolundan çıxaraq heç bir hüquqi əsası olmayan qanunsuz protokolları ilə sahibkara ziyan vurmağa çalışır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. AR İXM-nin digər əsas prinsiplərindən biri təqsirsizlik prezumpsiyası prinsipidir, yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə əsasən barəsində əsassız və qanunsuz qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibari tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Makro 2000 EGİTİM TEKNOLOJİLLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİ”nin direktoru Biter Lokmanın etibanamə ilə nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirdi ki, Biter Lokman tərəfindən xx.xx.2022-ci il tarixdə X1 “təchizatçı köməkçisi” vəzifəsinə işə götürülmüş, aralarında əmək müqaviləsi mövcud olmuş, qeyd olunan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Qeyd olunan işçi üçün işğaldan azad olunan ərazilərə giriş icazəsinin əldə olunması onun həmin ərazilərdə faktiki işə cəlb olunmasını nəzərdə tutmur. Belə ki, texniki səhv nəticəsində bu icazə əldə olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı Əmək Müfəttişliyi tərəfindən heç bir araşdırma aparılmamış, nəticədə isə Biter Lokman barəsində İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair əsasız qərar çıxarılmışdır. Qeyd olunanalara əsaslanaraq protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən işçi üçün işğaldan azad olunmuş ərazilərə giriş-çıxışa dair icazə alınmış, bununla da onun həmin ərazidə faktiki işə cəlb olunduğu təsdiq olunmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin rədd edilməsini və xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “Makro 2000 EGİTİM TEKNOLOJİLLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİNİN”-nin direktoru Biter Lokman İXM-nin 192.1-ci maddəsiilə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Sənan Ağakərimov tərəfindən təqdim edilmiş izahatda qeyd olunur ki, o “Makro 2000 EGİTİM TEKNOLOJİLLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİ” tərəfindən xx.xx.2025-ci il tarixədək əmək fəaliyyətinə cəlb olunmuş, Həmin tarixdən öncə və ya sonra Qarabağ ərazisinə səfər etməmiş, şirkət tərəfindən hər hansısa işlərin görülməsinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş ərizəyə əsasən müəyyən edilmişdir ki, Sənan Ağakərimov xx.xx.2022-ci il tarixdən “Makro 2000 EGİTİM TEKNOLOJİLLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİ”-də “Təchizatçı köməkçisi” vəzifəsinə işə götürülmüş, xx.xx.2025-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi də xx.xx.2025-ci il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş işçinin Sənan Ağakərimovun işğaldan azad olunmuş ərazilərdə işə cəlb olunub-olunmaması məsələsi müvafiq orqan tərəfindən araşdırılmamış, həmin şəxsin izahatı alınmadan və bununla bağlı hər hansısa sübut müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vəzifəli şəxs barəsində DƏMX Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən, yalnız Sənan Ağakərimovun işğaldan azad olunmuş əraziyə giriş-çıxışına dair icazə əsas götürülmüş, işçinin həmin ərazidə faktiki əmək fəaliyyətinə cəlb olunması məsələsi araşdırılmamışdır. Halbuki iş materiallarına əlavə edilmiş və məhkəmə icraatı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, şəxs özü də həmin ərazilərdə faktiki işə cəlb olunmadığını, eyni zamanda əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur, qeyd edilən hallar araşdırılmalı olduğundan qərar ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şikayətçi “Makro 2000 EGİTİM TEKNOLOJİLLERİ İNŞAAT TAAHHÜT İÇ VE DİŞ TİCARET ANONİM ŞİRKETİNİN”-nin direktoru Biter Lokmanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar