Məhkəmə qərarları › İş №3(007)-1645/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1645/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1645/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X11 nümayəndəsi X3 iştirakı ilə, “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən Azərbaycan Respublikasının İXMnin 538-1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş müraciətinin araşdırılması zamanı əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “X5” MMCnin Heydər Əliyev adına X14 uyğunluğu qiymətləndirilməsi fəaliyyətini həyata keçirən zaman akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Belə ki, “X5” MMC-nin Heydər Əliyev adına X12 verilmiş AZ 01.0522.01.21 nömrəli akkreditasiya attestatının qüvvədə olma müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq qurum tərəfindən benzin məhsulunun laborator sınaqlarının nəticələrinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, CQ-CL-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli CQ-CL-000235-24-V1 nömrəli sənədlərdə akkreditasiya nişanından istifadə olunduğu, habelə sınaq nəticələrində qeyd olunan benzin məhsuluna dair normativ sənədin (AZS ***-**** “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər”) qüvvədə olmadığı müəyyən edilmişdir. Bununla da “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən inzibati xəta törədilməsi barədə məlumat verilməsi barədə məktubları ilk öncə “X5” MMC-nə göndərmişlər, lakin həmin MMC tərəfindən məktublar qəbul edilməyərək məktubların “X5” MMC-nin Heydər Əliyev adına X12 göndərilməsi bildirilmişdir. Bu səbəbdən də məktublarını “X5” MMC-nin Heydər Əliyev adına X12 göndərmişlər və həmin hüquqi şəxs tərəfindən məktubları qəbul edilmiş, göstərişləri icra olunmuş, keyfiyyət sertifikatları ləğv edilmişdir. Heydər Əliyev adına X11 blanklarında da “X5” MMC-nin Heydər Əliyev adına X14 qeyd edilmişdir. Buna görə də protokol “X5” MMC-nin Heydər Əliyev adına X14 barəsində tərtib edilmişdir. Protokol əsaslıdır, qanunvericiliyə uyğun və düzgün tərtib olunmuşdur. Məhkəmədən “X5” MMC-nin Heydər Əliyev adına X14 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi X8 nümayəndə X1 izahatına uyğun izahat verərək, inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmədən “X5” MMC-nin Heydər Əliyev adına X14 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X11 nümayəndəsi X6 yazılı və şifahi izahat verərək bildirmişdir ki, Heydər Əliyev adına X14 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X5” MMC-nin Heydər Əliyev adına X14 akkreditasiya olunmadan xx.xx.2024-cü il tarixli, CQ-C L-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, CQ-CL-000235- 24-V1 nömrəli sınaq protokollarında akkreditasiya nişanından istifadə olunması nəticəsində “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt Azərbaycan Akkreditasiya Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3-21-1-1/3-4-DY-233/2024 nömrəli, MSDİS Holding MMC-nin xx.xx.2024-cü il tarixli, M/32 nömrəli məktubları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə əsasən akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsi həmin şəxsin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Qanun”un 2.2-ci bəndinə əsasən texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Heydər Əliyev adına X11 keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyasının akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurum olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə həmin halı sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol “X5” MMC-nin Heydər Əliyev adına X14 barəsində tərtib olunmuşdur. “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən verilmiş AZ 01.0522.01.21 nömrəli, xx.xx.2021-ci il tarixli Akkreditasiya Attestatında göstərilmişdir ki, bu attestat təsdiq edir ki, ünvan 1 ünvanında yerləşən Heydər Əliyev adına X11 keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyası neft məhsullarının sınağının həyata keçirilməsi üçün AZS /SO/EC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. “X5” MMC-nin Heydər Əliyev adına X14 adlı hüquqi şəxs mövcud deyildir. Bununla da müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, MN nömrəli ******* nömrəli inzibat xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 40-cı bəndində göstərilmişdir ki, Məcəllənin 537.1-ci və 538-1.1-538-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından - Komitənin sədri, onun müavinləri Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi böyük məsləhətçi, standartlara və ölçmə vasitələrinə nəzarət üzrə vəzifəli şəxslər, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri onun müavini, Aparatın rəhbəri, şöbə müdiri tərəfindən tərtib edilir. Bu siyahıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 538-1.1-538-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətinə malik olması əks olunmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “X5” MMC-nin Heydər Əliyev adına X14 tərəfindən törədilməsi ehtimal etdiyi inzibati xəta ilə bağlı səthi araşdırma aparmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş protokolda xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxsin adı düzgün qeyd olunmamış, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurum olması kifayət qədər əsaslandırılmamış və protokol səlahiyyəti olmayan şəxs (qurum) tərəfindən tərtib olunmuşdur. Bütün bu faktlar əsas verir ki, işə baxan Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul etməlidir. Heydər Əliyev adına X14 “X5” MMC-nin nəzdində deyil. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən Heydər Əliyev adına X14 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 75.0 və 75.0.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir: Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməlidir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara “X5” MMC-nin Heydər Əliyev adına X14 adlı hüquqi şəxsin mövcud olmasına və Heydər Əliyev adına X11 “X5” MMC-nin nəzdində fəaliyyət göstərməsinə dair heç bir mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün “X5” MMC-nin Heydər Əliyev adına X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X5” MMC-nin Heydər Əliyev adına X11 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar