Məhkəmə qərarları › İş №3(007)-1645/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1645/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1645/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ 25968738 saylı protokola əsasən çıxarılmış qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində “Haval Jolion” markalı 10GK888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun parklanma hissəsində saxlamış, özü də nəqliyyat vasitəsinin içərisində əyləşmişdir. Lakin, bir müddət sonra barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib olunduğunu və qerar çaxrılaraq cərimə olunduğu ona bəlli olmuşdur. Çıxışında bildirdi ki, protokol və qərar əsassız tərtib olunmuşdur. Belə ki, o nəqliyyat vasitəsini yolun hərəkət hissəsində ikinci cərgədə deyil, parklanma üçün nəzərdə tutulmuş hissədə park edilmiş digər nəqliyyat vasitələrinin arxasında, ikinci hissədə saxlamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, çıxış edərək bildirdi ki, şəxsin qeyd olunan əməli törətməsi iş materialına əlavə edilmiş fotoşəkil və şəxsin öz ifadəsi ilə təsdiq olunur. Belə ki, sürücü nəqliyyat vasitəsini parklanma üçün nəzərdə tutulmuş yerdə və sırada deyil, digər nəqliyyat vasitələrinin arxasında saxlamaqla İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində xx.xx.2025-ci il tarixdə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, “HAVAL JOLİON” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X2 tərəfindən dayanma qaydalarının pozulması işdə olan videogörüntü, qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş videogörüntüyə əsasən müəyyən edilmişdir ki, sürücü “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamışdır. Belə ki, “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X2 dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar