Məhkəmə qərarları › İş №3(007)-1646/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1646/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1646/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində şəxsi istifadəsində olan “Mercedes Benz 220” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə A.Manafov küçəsinin kəsişməsində hərəkətdə olan zaman nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı, 76720356 saylı qərarı şəxsi istifadəsində olan mobil telefonuna “AsanPay” vasitəsilə bildiriş formasında göndərilmişdir. EQ seriyalı, 26720356 saylı qərarı əlbəəl xx.xx.2025-ci il tarixində Xətai rayon DYP Şöbəsindən götürmüşdür. Şəxsi istifadəsində olan “Mercedes Benz 220” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini növbəti texniki baxışdan keçirmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesi ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X4 1 noyabr 2024-cü il tarixindən 28 mart 2025-ci il tarixinədək dəfələrlə müraciət etməsinə baxmayaraq nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün olmamışdır. Buna səbəb EQ seriyalı, 21878948 saylı elektron qərar əsasında ödənilməmiş cərimə borcu olduğuna görə MMXnin vəzifəli şəxsi tərəfindən sistemə girişə qadağa qoyulması olmuşdur. X3 inspektoruna EQ seriyalı, 21878948 saylı elektron qərarın ləğvi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə xanım Əlisoyun xx.xx.2024-cü il tarixli 3(005)-2576/2024 saylı qərarının olduğunu bildirmişdir. Mərkəzin səlahiyyətli nümayəndəsi isə qeyd etdiyi problemin həllinin X3 səlahiyyəti xaricində olduğundan bu barədə BDYPİ-nə müraciət etməsini məsləhət görmüşdür. Bununa bağlı BDYPİ-nin 902 qaynar xəttinə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə qədər müsbət nəticə əldə edilməmişdir. EQ seriyalı, 21878948 saylı qərarla bağlı cərimənin ödənilməsi müddəti başa çatmadığından və eyni zamanda bu qərarla bağlı məhkəmə mübahisəsi davam etdiyindən şəxsi istifadəsində olan **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxışdan keçirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və xx.xx.2024-cü il tarixindən cərimə məbləğinin 1 faizi qədər dəbbə pulunun hesablanmasının dayandırılması və nəticəsi barədə müraciətçiyə məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixində cavabdeh qurumun rəhbərliyinə rəsmi müraciət edilmişdir. Bu günə qədər cavabdeh tərəfindən onun xx.xx.2024-cü il tarixli müraciətinə rəsmi cavab verilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin şəxsən qəbulunda olmuş, lazımi sənədləri ona təqdim etsə də heç bir tədbir görülməmişdir. Şikayət ərizəsinə əlavə edilmiş sübutlardan da göründüyü kimi EQ seriyalı, 21878948 saylı elektron qərarla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə xanım Əlisoyun xx.xx.2024-cü il tarixli, 3(005)-3595/2024 saylı qərarının qanuni qüvvəyə minməsindən xeyli vaxt-4 ay keçməsinə baxmayaraq cavabdeh qurum məhkəmə qərarını icra etməməkdə israrlıdır. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21878948 saylı elektron qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə xanım Əlisoyun xx.xx.2024-cü il tarixli, 3(005)-3595/2024 saylı qərarı ilə ləğv edilsə də bu günə qədər MMX-nin sistemində cərimə borcu kimi qalmaqdadır. Buna görə də şəxsi istifadəsində olan “Mercedes Benz 220” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün olmamışdır. Nəqliyyat vasitəsini üzrlü səbəbdən texniki baxışdan keçirmədən idarə etdiyinə görə DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25533475 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bu qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi şikayət məhkəmənin 3(007)-481/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmışdır. Həmçinin, nəqliyyat vasitəsini üzrlü səbəbdən texniki baxışdan keçirmədən idarə etdiyinə görə DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26219097 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bu qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayət məhkəmənin 3(007)-636/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı şəhər DYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı, 26219097 saylı qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, “Mercedes Benz 220” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdiyinə görə əsassız olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 13:03-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Azər Manafov küçəsinin kəsişməsində “Mercedes Benz 220” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-636/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26219097 saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər; 30-cu maddəsinin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; 30-cu maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X2 barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati tənbeh tətbiq etmə haqqında 20 fevral 2025-ci il tarixli qərar mövcud olmuş, həmin qərar isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 636/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Müayinə mərkəzi tərəfindən isə, işin bununla bağlı faktiki halları, X5 barəsində qəbul edilmiş cərimə qərarının ləğvinə dair məhkəmə qərarının olması məsələsi araşdırılmadan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən qanunsuz olaraq imtina edilmiş, bunun nəticəsində isə, X5 17 mart 2025-ci il tarixdə “nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə” inzibati məsuliyyətə cəlb edilməsinə süni şərait yaradılmış, onun barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin irəli sürdüyü dəlillər onun özünün iştirakı ilə araşdırılmalı, yalnız bundan sonra iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi isə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26720356 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar