Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1649/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X3 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025 il tarixli, EQ 26150474 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində TŞ kamerası vasitəsilə qeydə alınmış və barəsində tərtib olunmuş EQ 26150474 saylı inzibati tənbeh vermə haqqında qərara etiraz edir. Hesab edir ki, qərar əsassızdır. Belə ki, qeyd olunan qərarda inzibati xətaya yol verdiyi qeyd olunsa da, tərəfindən yol hərəkətinə dair qayda pozuntusu törədilməmiş, Nizami rayonu, Tofiq Abbasov küçəsində üfuqi nişanlanma xəttləri sola və geriyə dönmə əməliyyatına yol verdiyi halda, barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol və qərar tərtib edilmişdir. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş EQ 26150474 saylı qərar əsassızdır və onun tərəfindən qərarda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Belə ki, o, qeyd olunan yoldan sola dönərkən üfuqi nişanlanma xətti qırıq-qırıq xəttlərdən ibarət olmuşdur. Məhkəmə iclasında X5 tərəfindən törədilmiş inzibati xəta hadisəsinin görüntülərinin qeyd olunduğu fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025 il tarixli, EQ 26150474 saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində “HYUNDAİ ACCENT minik markalı” 10TP262 dövlət qeydiyyat nişanlı avtomobillə Tofiq Abbasov küçəsi ilə hərəkət edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını qaydalarını pozmaya görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərar və fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025 il tarixli, EQ 26150474 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1649/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1649/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver