Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1652/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 1C saylı evin 21 saylı mənzilində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 saylı evin 69 saylı mənzilində yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş və orada, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman, 0, 270 qram narkotik maddə qurudulmuş marixuana Şəxs üzərindən aşkar edilərək, götürülmüşdür. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı R.Mehdiyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs üzərində aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarında olduğu üçün Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokoldan göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X2 bildirdi ki, Şəxs üzərində şəxsi istehlak miqdarında narkotik vasitə aşkar edilməsi faktı üzrə toplanmış materiallar inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona verilmiş və o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılardan” görünür ki, xalis çəkisi 0,270 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarında hesab olunur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7/645 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən götürülmüş maddə” yazılar və imzalar olan bir ədəd zərfdə bir ədəd gümüşü rəngli kağıza bükümdə təmiz çəkisi-0,270 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin maddənin 0,02 qram hissəsi tədqiqata sərf olunmuş, 0,250 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində,cərimə növündə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1 və 55.2-ci maddələrinə əsasən məhkəmə-bioloji ekspertizanın aparılmasına sərf olunmuş 66 manat 46 qəpik məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə görə iş üzrə maddi sübut olan xalis çəkisi 0,270 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış, xalis çəkisi 0,250 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1652/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1652/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver