Məhkəmə qərarları › İş №3(007)-1657/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1657/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1657/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospeki, ev 90 ünvanında yerləşən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospeki, ev 90 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkmənistan Respublikasından “X2 Trade DMCC” şirkətinin ünvanına göndərilən 42113218 kqhidrotəmizlənmiş dizel yanacağı malının ******* kq-dan ibarət hissəsi malın Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan Şəxs şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli, **********0770 saylı gömrük bəyannaməsi üzrə 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, Müvəqqəti saxlancda qalan yükün 480027 kq-dan ibarət hissəsi xx.xx.2022-ci il tarixli, **********9524 sorğu nömrəli tranzit gömrük bəyannaməsi üzrə rəsmiləşdirilərək təyinatı üzrə yola salınmış, lakin malı saxlancda qalan ******* kq-dan ibarət hissəsi qanunvericilikdə müəyyən edilmiş müddət başa çatmasına baxmayaraq onun barəsində hər hansı tədbir görülməmişdir. Bununla da Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, №13000-00231/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, №13000-00231/23 saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş gömrük bəyənnamələri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar