Məhkəmə qərarları › İş №3(007)-1659/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1659/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1659/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X7 tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli Qərar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Məktəb küçəsi, ev 4A ünvanı olan Şəxs MMC tərəfindən X8 2024-cü ilin avqust ayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən X4 çıxış edərək bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə ölməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı X5 Şəxs MMC-nin işçisi olması izahatlar və digər sənədlərlə təsdiqini tapmış, lakin şəxslə MMC arasında əmək müqaviləsinin olub-olmaması məsələsi Səbail rayon prokurorluğu tərəfindən aydınlaşdırılmamış, bu məsələyə hüquqi qiymət verilməmişdir. Baş prokurorluq tərəfindən araşdırma aparılarkən və elektron sistemdən əmək məlumatları barədə çıxarış edilərkən məlum olmuşdur ki, şəxslə 2020-ci ildən etibarən Şəxs MMC arasında mütəmadi olaraq 1 aylıq müqavilələr bağlanmışdır. Hazırda praktikada da bu hal öz əksini tapır ki, MMC-lərlə fiziki şəxslər arasında 1 ay müddəinə müqavilələr bağlanaraq işə cəlb olunur, daha sonra isə həmin müqavilələr üzrə müddətin uzadılması barədə sistemə düzəlişlər edilmir. Həmin şəxslə birlikdə işləyən şəxslər də bildirmişlər ki, o, orada işləmişdir. Daha sonra həm hüquqi şəxs barəsində, həm də hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Artıq hüquqi şəxsin diektoru barəsində ƏƏSMN DƏMX tərəfindən protokol tərtib olunaraq 3000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq huquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirdi ki, X1 iş yeri olaraq X6 ilə əmək müqaviləsi bağlanmış, lakin onunla da bir aylıq müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Əmək müqaviləsi bildirişindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin qüvvədə olması görsənsə də, əmək müqaviləsinin müddətinin uzadılması barədə sistemdə hər hansı dəyişiklik edilməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Vəkil təqdim etdiyi etirazın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin iş qanunsuz və əsassız olaraq başlanılmışdır. Prokurorun inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərararının məzmunundan görünür ki, guya, mərhum X8 əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərin görülməsinə cəlb olunmuşdur. Qeyd olunan qərarlar X5 xx.xx.2024cü il tarixdə ölüm faktı ilə əlaqədar Bakı şəhəri Səbail rayon prokurorluğunda aparılmış və cinayət işinin başlanması rədd olunmuş 176-C-24 saylı material üzrə toplanmış sənədlər əsasında əlavə heç bir araşdırma aparmadan, yəni mərhumun kimin işçisi olduğu, vəfat etdiyi obyektdə hansı əsasla fəaliyyət göstərdiyi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallar tam, hərtərəfli və obyektiv aydınlaşdırılmadan qəbul olunmuşdur. Belə ki, qərarlardan görünür ki, sübut qismində yalnız, "xxxx" MMC-nin 2 nəfər işçisinin mərhumu Cümşüd Həsənovun tikintidə onlarla birlikdə işləməsi barədə izahatı və guya, X2 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları göstərilmişdir. Halbuki, həmin 2 nəfər işçinin izahatlarında Cümşüd Həsənovun onlarla birlikdə işləməsini bildirməsi, heç də mərhumun "xxxx" MMC tərfindən işə cəlb edilməsi mənasını vermir. Bu baxımdan qeyd edirəm ki, sahibkarlıq fəaliyyəti sahəsində geniş yayılmış təcrübədə xidmət və saair müqavilə əsasında bir subyektin (işəgötürənin) işçi qüvvəsinin başqa bir subyektə (işəgğtürənə) məxsus iş yerində işləməsi qanunla qadağan olunmur. Baş Prokurorluğun həmin qərarları qəbul edən qurumu işin həqiqi hallarını aydınlaşdırmaq məqsədi ilə ən azından "xxxx" MMC-nin rəhbərliyinin məsələ ilə bağlı izahatının alınmasını təmin etməli olduğu halda, bunu etməmişdir. Eləcə də, ola bilməz ki, mərhumla bağlı əmək müqaviləsi məlumatlarının əldə olunması üçün elektron informasiya sisteminə müraciət olunsun və onun harada işləməsi (bu barədə aşağıda geniş şərh olunacaq) barədə məlumat aşkar edilməsin. İşin faktiki halları ilə bağlı X12 "xxxx" MMC tərəfindən işə cəlb olunmamışdır. Hadisə baş verən vaxtdan xeyli əvvəl o, başqa bir işəgötürənin işçisi olmuş və həmin işəgötürənlə "xxxx" MMC-nin arşında bağlanmış xidmət müqaviləsi əsasında o, hadisənin baş verdiyi yerdə işləməyə göndərilmişdir.Qeyd olunanlar aşağıda göstiərilənlərlə təsdiq olunur. O cümlədən: 1. "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, Cümşüd Həsənov fiziki şəxs kimi fəaliyyət göstərən X6 (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixdə (bildiriş və əmək müqaviləsinin surəti əlavə olunur) usta işinə qəbul olunmuş və öldüyü tarixədək həmin işəgötürənin işçisi olmuşdur. Eləcə də, mərhumun qeyd olunan müddətdə Emil Mustafayevin işçisi olduğu həmin dövrə aid əmək haqqı cədvəlləri, ölümü ilə bağlı dəfn xərcinin ödənilməsi, onun ailəsinə Emil Mustayfayev tərəfindən əmək haqqının 3 misli məbləğində pul verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrlər ilə də təsdiq olunur (sənədlərin surəti əlavə edilir) 2. "xxxx" MMC ilə fiziki şəxs X3 arasında xx.xx.2024-cü il atrixli "Xidmət müqaviləsi" bağlanmışdır. X12 məhz, həmin müqavilə əsasında "xxxx" MMC-yə məxsus iş yerində işləmişdir. 3. Müqaviləyə əsasən 2024-cü ilin iyul-avqust ayları ərzində yerinə yetirilmiş işlər və buna görə həyata keçirilmiş ödənişlər müvafiq Akt və ödəniş tapşırığı ilə təsdiq olunur sənədlərin surəti əlavə edilir). Qeyd olunanlarla X12un iki sahibkarlıq subyekti arasında bağlanmış xidmət müqaviləsinə əsasən, "İcraçı" Emil Mustayfəayevin işçisi olaraq "Sifarişçi" "xxxx" MMC-nin obyektində işə gönədirilməsi tam təsdiq olunur. Lakin, hazırki iş üzrə prokurorluq işin həqiqi halların aydınlaşdırmadan, əməldə inzibati xətanın tərkibinin olub-olmadığını müəyyən etmədən inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. Qeyd olunanlara əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, X6 lə X8 arasında əmək müqaviləsi bir ay müddətinə bağlanmış olsa da, müqavilənin müddətinin bitməsinə azı 1 həftə qalmış tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfi xəbərdar etməzsə müqavilə eyni müddətə uzadılmış hesab olunur, bu barədə elektron sistemə əlavə edilməsi ilə bağlı isə hansısa şərt nəzərdə tutulmamışdır. Həmçinin prokurorluq orqanı sonuncu əmək müqaviləsinin xitam olunub-olunmamasını yetərincə araşdırmamış, bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 4B0G66F000800 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 tərəfindən X8 xx.xx.2024-cü il tarixdə usta kimi işə götürülmüş, müvafiq tarixdə onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildiriçinin çap edildiyi – xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsindən görünür ki, işəgötürən X6 ilə işçi X8 arasında qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC və icraçı X6 arasında xidmətlərin yerinə yetirilməsinə görə müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçi sifariş verməyi, icraçı isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sifarişləri yerinə yetirməyi, sifarişçi göstərilmiş xidmətlərə görə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə 3 il müddətinə, xx.xx.2025-ci il tarixədək bağlanılmışdır. xx.xx.2025-ci il tarixli Əmrin surətindən görünür ki, sahibkar X6 işçi X5 vəfat etməsi ilə əlaqədar onun əmək haqqısının 3 misli məbləğində ailə üzvlərinə pul ödənilməsi barədə əmr vermişdir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə fiziki şəxs X6 ilə xidmətlərin göstərilməsi barədə müqavilə bağlamış, X8 fiziki şəxs X6 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən onun tərəfindən "xxxx" MMC tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə əmək fəaliyyətinə cəlb olunmuş, xx.xx.2024-cü il tarixdə iş yerində ürək tutmasından vəfat etmiş, ailə üzvünə işəgötürən X6 tərəfindən işçinin ölməsi ilə əlaqədar əmək haqqının 3 misli miqdarında pul ödənilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə ölmüş qaynaqçı – X8 Şəxs MMC tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Hazıki əməldə inzibati xətanın tərkibinin yaranması üçün hüquqi şəxsin hərəkətlərində zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. İşin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə əməldə qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Beləliklə, məhkəmə vurğulayır ki, "xxxx" MMC-nin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar