Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1661/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 nümayəndəsi - “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını, qərar üzrə hesablanmış 50 manat cərimənin və 2 bal qiymətləndirmənin ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə EQ13487960 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) törətdiyi qeyd edilmişdir. Həmin protokol əsasında barəsində 50 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İnzibati xətanın hava limanı yolu “Buta Palace” yaxınlığında törədildiyi qeyd edilmişdir. Lakin həmin ərazidə radardan qabaqda onun mövcudluğu barədə məlumatverici informasiya stendi quraşdırılmamışdır. O cümlədən həmin radardan qabaqda maksimum sürətin məhdudlaşdırılması nişanı da quraşdırılmamışdır. Ümumiyyətlə hava limanı yolunda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə informasiya stendi mövcud deyildir. Sürət həddini göstərən elektron qurğular arasında məsafələr isə qanunda göstərilən ***-**** metr və ya 50-200 metrdən artıqdır. Belə olan halda hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ13487960 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 nümayəndəsi Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:13 radələrində X3 idarə etdiyi “Mazda CX-5” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hava limanı yolu “Buta Palace” yaxınlığında Mərkəz istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 35 km/saat həddində aşmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Göründüyü kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan norması müvafiq yol nişanlarının quraşdırılması qaydalarını müəyyən edir. Bu nişanların quraşdırılması vəzifəsi aidiyyəti dövlət orqanı tərəfindən icra olunmalıdır. Məhkəmə məsələnin həlli ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun digər müddəalarına da nəzər yetirməyi zəruri sayır. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Həmin Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Beləliklə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürmək vəzifəsinin daşıyıcısıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsində göstərilən 6.14 nişanı (“İnformasiya stendi”) servis nişanı olmaqla (“Yol hərəkəti haqqında” Qanunun 67-ci maddəsi) informasiya xarakterlidir (həmin “İnformasiya stendi” sürücüyə yolda radar quraşdırıldığına dair məlumat vermək məqsədilə də quraşdırıla bilər). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin və s. aidiyyəti müddəalarının məzmunundan görünür ki, Azərbaycan Respublikasının ərazisində mexaniki nəqliyyat vasitələri üçün müəyyən edilmiş maksimal sürət həddi saatda 110 kilometrdən çox deyil (hadisənin baş verdiyi avtomagistralda da maksimal sürət həddi kimi 110 km/saat müəyyən olunub). İnzibati xətanın baş verdiyi şəraiti, o cümlədən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş maksimal sürət həddinin saatda 110 kilometrdən çox olmadığını və bunun bilavasitə Qanunla tənzimləndiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud şəraitdə sürücünün istənilən bir halda avtomobili saatda 110 kilometrdən artıq sürətlə idarə etmək ixtiyarı olmayıb. Ona görə də aidiyyəti dövlət orqanının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsindən irəli gələn vəzifələri icra edib etməməsindən asılı olmayaraq şikayətçi avtomobilini saatda 110 kilometrdən artıq sürətlə idarə edə bilməzdi. Yəni mövcud şəraitdə yolda 6.14 nişanı (“İnformasiya stendi” (mövcud şəraitdə sadəcə olaraq irəlidə radar quraşdırıldığına dair informasiya verə bilər)) və ya 3.24 nişanı (yuxarıda qeyd olunduğu kimi istənilən bir halda sürücü avtomobilini saatda 110 kilometrdən artıq sürətlə idarə edə bilməz) quraşdırılmamışdırsa da belə, bu sürücüyə avtomobili saatda 110 kilometrdən artıq sürətlə idarə etməyə əsas verə bilməzdi. İşin mübahisələndirilməyən hallarından isə görünür ki, X3 “Mazda CX-5” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 mart 2023-cü ildə saat 00:13:57də Hava limanı yolu “Buta Palace” yaxınlığında Mərkəz” istiqamətində saatda 145 kilometr sürətlə idarə etmişdir. Qeyd olunmalıdır ki, bu hal məhkəmə iclasında mübahisələndirilmədi. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13487960 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1661/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1661/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver