Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1663/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, Şəxs, xx xxxxxx 1991-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 saylı evin 24 saylı mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında X1 ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək bildirdi ki, o, 09.06.2021-ci il tarixdə saat 13:30 radələrində Nizami Rayon Məhkəməsində valideynlərinin məhkəmə iclası qurtardıqdan sonra anası ilə görüşmüş, dayısının avtomobilinə əyləşmişdir. Bu zaman dayısı müdaxilələr etmişdir. Anasını öz evimə aparmaq istədikdə isə dayısı əngəl olmuşdur. Sonda Şəxs söyüş söymədiyini, dayısının üstünə hücum çəkmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 bildirdi ki, 09 iyun 2021-ci il tarixdə, saat 13:50 radələrində Nizami Rayon Məhkəməsinin qarşısında keçmiş yeznəsi ilə bacısının “əmlak bölgüsü”nə dair keçirilmiş növbəti məhkəmə iclasından sonra bacısı oğlu Şəxs məhkəmənin qarşısında təkrarən üzərinə hücum çəkmiş və onu küçə söyüşləri ilə təhqir etmişdir. Odur ki, M.Ə.Seyidov məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X4 bildirdi ki, Şəxs, 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında X1 ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmişdir. Bundan sonra həmin şəxs şöbəyə dəvət edilmiş və o, sonuncunun şəxsiyyətini müəyyən etdikdən sonra barəsində protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1663/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1663/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver