Məhkəmə qərarları › İş №3(007)-1664/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1664/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1664/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ 26548673 saylı protokola əsasən çıxarılmış qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində “Toyota Prius” markalı 99UN729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərnişin düşürtmək məqsədilə saxlamış, bu səbəbdən barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən qərarın əsassız tərtib edildiyini, bu səbəbdən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclaısnın yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onuniştirakı olamdan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli EQ 26548673 inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində xx.xx.2025-ci il tarixdə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə, “Toyota Prius” markalı, 99UN729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaşın şikayət vermiş olduğu qərar Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərarın Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv olunması nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə QƏRARA ALDİ: X1 DİN-nin Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərarın Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)-1650/2025 saylı qərar ilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar