Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1669/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5, Bakı şəhər BPİ X13 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X14 İdarəsinin Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 25 mart 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 həmin protokol əsasında 25 mart 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 150 (yüz əlli) manat cərimə tətbiq etmişdir. Barəsində tərtib edilən 25 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol və 25 mart 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, “TOYOTA HİGHLANDER” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 25 mart 2025-ci il tarixdə 15:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə “Neon” şadlıq sarayı istiqamətində hərəkət etdiyi zaman onu yol polis əməkdaşları saxlayaraq bildirmişlər ki, idarə etdiyi avtomobilin elektrik ayaq altı dəyişdirilmiş və bu səbəbdən avtomobil cərimə meydançasına yerləşdirilməlidir. O, onlarla razılaşmasa da onlar qanunla nəzərdə tutulmuş qaydada heç bir protokol və akt tərtib etmədən avtomobili cərimə meydançasına yerləşdirmişlər. Bundan sonra ona Bakı şəhəri X14 İdarəsinə getməsini bildirmişlər. Bayram günləri olduğuna görə onu orada qəbul etməmişlər. O, xx.xx.2025-ci il tarixdə həmin idarəyə müraciət etdikdə ona sözü gedən protokolu, qərarı təqdim etmişlər və avtomobili cərimə meydançasından çıxarmağına icazə vermişlər. Hesab edir ki, idarə etdiyi avtomobilə quraşdırılan və ya dəyişdirilən avadanlıq yəni elektrik ayaq altı heç bir normativ tələbləri pozmadığına görə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə cəzalandırmaqları tam əsassız, qanunsuz və heç bir qanunlara sığmayan hərəkətdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun deyil. Bununla da polis əməkdaşları tərəfindən barəsində saxta tərtib edilən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında saxta qərar qəbul edərək onun bir vətəndaş kimi Azərbaycan Respublikasının Qanunları ilə nəzərdə tutulan hüquqlarını pozmuşlar. Əgər həqiqətən də o, hər hansı bir yol hərəkəti qaydalarını pozmuş olsaydı və bu barədə barəsində protokol tərtib edilsəydi o, həmin protokolu imza edərdi və cəriməni də ödəyərdi. Polis əməkdaşının bu cür hərəkətləri heç bir qanuna sığmır. Həmçinin polis əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələblərini pozaraq inzibati xətanın törədildiyi yeri, vaxtı və bu xətanın mahiyyətinin nədən ibarət olduğunu göstərməməklə barəsində qanuna zidd qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o avtomobilə əlavə avadanlıq olaraq “ayaqaltı” quraşdırmışdır. Həmin avadanlığı quraşdırdıqdan sonra avtomobili texniki baxışdan da keçirmişdir, əgər bu qanunsuz olsaydı texniki baxış zamanı aşkarlanardı. Məhkəmədən Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X13 İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, X9 özü də avtomobilə əlavə avadanlıq quraşdırmasını etiraf etmiş və bu barədə iltizam da imzalamışdır. Şəxs avtomobili texniki baxışdan keçirən zaman həmin avadanlıq avtomobilə quraşdırılmış olsaydı bu texniki baxış zamanı aşkarlanardı, amma texniki baxış zamanı həmin avadanlıq avtomobilə quraşdırılmamışdır. Şikayət əsassızdır, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 15:15-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “TOYOTA HİGHLANDER” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobilə normativ tələbləri pozmaqla avadanlıqlar quraşdırması müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X5 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X5 barəsində Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X13 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1669/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1669/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver