Məhkəmə qərarları › İş №3(007)-1673/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1673/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1673/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, X1, qərarından şikayət verilmiş inziabti orqanın nümayəndəsi Nümayəndə, protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X6 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasındakı çıxışında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VOLKSWAGEN İD 6 CROZZ” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Bakı şəhəri, B.Çobanzadə küçəsində YPX inspektoru tərəfindən saxlanılmış və barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edərək qeyd olunan inzibati xətanı törətmədiyini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək vətəndaş Novruzəliyev Zamin tərəfindən qeyd olunan inzibati xəta törədildiyini və bununla bağlı protokolu tərtib edmiş inspektorun məhkəmə iclasında dindirilməsini məhkəmədən xahiş etdi. Həmçinin çıxışına əlavə olaraq bildirdi ki, vətəndaş tərəfindən dəfələrlə qayda pozuntularına yol verilmiş və barəsində İXM-nin müxtəlif maddələri ilə protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X9 çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş tərəfindən Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yol nişanının tələblərini pozulduğuna görə tərəfindən barəsində protokol tərtib olunmuşdur. Həmçinin vətəndaş barəsində öz xahişi əsasında qərar çıxarılmamış və şikayət vermə hüququ izah edilmişdir. Daha sonra vətəndaş qeyd olunan protokoldan inzibati orqana şikayət verməmiş, yalnız 1 ay sonra məhkəməyə şikayət ünvanlamışdır. Həmçinin bildirdi ki, vətəndaş tərəfindən hərəkətdə olduğu istqamətdə yalnız düzünə hərəkət etməsinə icazə verildiyi halda, yol nişanının tələbini pozmaqla sola dönmə əməliyyat həyata keçirmişdir. Bütün bunları nəzərə alaraq şikayətin təmin edilməməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan A Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-cü il tarixli, TP ******* saylı qərarına əsasən X4 oğlu xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VOLKSWAGEN İD 6 CROZZ” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ilə hərəkətdə olan zaman İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, qeyd olunan inzibati xəta hadisəsi baş vermiş və bu hal YPX inspektoru tərəfindən birbaşa aşkar edilmiş, şikayət vermə hüququ izah edilməklə barəsində qərarsız protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş protokol, qərar və şəxsin öz ifadəsi ilə qeyd olunan inzibati xətaya yol verilməsi halı öz təsdiqini tapmış olur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar bilavasitə aşkar olunduqda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xətaya dair icraata başlanılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə baş vermiş inzibati xəta hadisəsinin inspektor tərəfindən bilavasitə aşkar olunması və şəxs barəsində tərtib olunmuş inzibati xətaya dair protokol sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, İXM-in tələbinə əsasən protokol inzibati iş üzrə sübut kimi qəbul edilir və həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar