Məhkəmə qərarları › İş №3(007)-1676/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1676/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1676/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, Qərarından şikayət verilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, rəhbərlik etdiyi “ALO DAYƏ' MMC-də protokol tərtib olunan zaman ümumilikdə 15 (on beş) nəfər işçi fəaiiyyət göstərmişdir. Həmin vaxt qanunverciliyin tələbinə uyğun olaraq İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməiidir. Biz də qanunvericiliyə uyğun olaraq bütün işçilərlə həm əmək müqaviləsi, həm də sığorta müqaviləsi bağlamışıq. Lakin 'Atəşgah Həyat Sığortası Şirkəti" ASC-nin sistemində yaranmış texniki səbələrə görə, şirkətdə fəaliyyət göstərən 15 (on beş) nəfər işçinin 10 (on) nəfəri sığorta olunmuş, 05 (beş) nəfəri isə sığorta olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi ‘ALO DAYƏ” MMC-in faktiki ünvanına bildiriş göndərərək, xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial xx.xx.2025-ci il tarixili, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması, xx.xx.2025-ci il tarixində, saat 11:00-a təyin olunması barədə bildiriş ünvanlanmışdır. Lakin həmin qurum tərəfindən göndərilən bildiriş xx.xx.2025-ci il tarixdə şirkətə daxil olmuşdur. (Bununla bağlı müvafiq sənədləri şikayət ərizəmizə əlavə edirəm) Bu səbəbdən də bizim həmin işçilərin sığorta olunmaması haqqında məlumatımız olmamışdır. Yuxarəda qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarımda X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.22025-ci il tarixli, MN ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada veriidiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında ış üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarlarından şikayət üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığndan müddətin bərpa edilərək qərarların ləğv edilməsinə və barəsində tətbiq edilmiş 6500 (altı min beş yüz) manat cərimə tənbehinin, həmçinin barəsində olan inzibati xəta haqqında icraatlara xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 bildirmişdir ki, "xxxx" MMC-nin direktoru tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Belə ki, hüquqi şəxsin direktoru barəsində qərar çıxarılmasına səbəb hüquqi şəxsin 05 işçisi ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, icbari sığorta müqaviləsinin bağlanmaması olmuşdur. Qeyd olunanalara əsaslanaraq şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş "xxxx" MMC-nin mühasibi çıxış edərək bildirmişdir ki, işçilər ilə icbari sığorta müqavilələrinin bağlanması birbaşa onun səlahiyyətindədir. Həmin gün 15 işçinin icbari sığorta müqaviləsi sistemə daxil edilmiş, sonradan ona bəlli olmuşdur ki, 5 işçi ilə sığörta müqaviləsi sistemdə yerləşdirilməmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən işəgötürən İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin 5 nəfər işçisi ilə icbari sığorta müaqviləsi bağlanmamışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə şahid ifadəsi, protokol, qərar və digər sübutlarla şikayətçinin İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar