Məhkəmə qərarları › İş №3(007)-1678/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1678/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1678/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2, qərarından şikayət verilən inzibati orqanın nümayəndəsi Nümayəndə, Bakı şəhəri DYPİ YPX inspektoru X6 iştirakları ilə, Şikayətçi – X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində dönmə əməliyyatı edərkən polis əməkdaşı tərfindən saxlanılmış, ona svetoforun qırmızı işığında keçdiyi bildirilərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayət ərizəsində və məhkəmə iclasında çıxış edərək, barəsində tərtib olunmuş protokolun və qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə protokolu tərtib etmiş Bakı şəhəri DYPİ YPX inspektoru Zaur Hadızadənin şahid qismində dindirilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri DYPİ YPX inspektoru X7 çıxış edərək bildirdi ki, sürücü X4 xx.xx.2025ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospektindən Şirin Mirzəyev küçəsinə dönmə əməliyyatı edərkən svetoforun yaşıl işığının sönməsinə və qırmızı işığının yanmasına baxmayaraq hərəkətinə davam etmişdir. Bu səbəbdən sürücü barəsində yerində protokol tərtib olunmuşdur. Sürücü tərəfindən qeyd olunan inzibati xətanın törədilməsini təsdiq edən bir neçə videomaterialın məhkəməyə təqdim olunduğunu qeyd edərək, şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı qərarına əsasən X4 xx.xx.2025-cü il tarixdə “VOLVO V40” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar, məhkəmə iclası zamanı tədqiq edilmiş videomaterial və proses iştirakçılarının verdiyi ifadələrlə şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı təqdim edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, sürücü Qara Qarayev prospekti ilə hərəkətdə olan zaman sola, Şirin Mirzəyev küçəsinə dönmə əməliyyatını həyata keçirərkən svetoforun yaşıl işığının sönməsinə baxmayaraq hərəkətinə davam etmiş, sağ yoldan hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun yaşıl işığı yanarkən və həmin nəqliyyat vasitələrinin hərəkətinə icazə verilərkən hərəkətinə davam edərək digər yol hərəkəti iştirakçıları üçün maneə törətmişdir. Şikayətçi təqdim olunmu videomaterialda onun svetaforun yaşıl işığında keçməsini təsdiq edən faktların mövcud olmadığına istinad etsə də , məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onunla eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrinin dayanması, həmçinin yolun sağ hissəsindən yolayrıcına daxil olmuş nəqliyyat vasitələrinin hərəkətə başlaması ilə sürücü X2 idarə etdiyi nəqliyyat vasitəsi üçün svetaforun qadağanedici işığının yanması sübut olunmuş olur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar