Məhkəmə qərarları › İş №3(007)-1680/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1680/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1680/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Abdullayev Rafiq Nimət oğlunun katibliyi ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs, 26 yanvar 2021-ci il tarixdə, saat 13:05-də “Opel Astra” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan İXP seriyalı ******* seriyalı 26.01.2021-ci tarixli inzibati xəta haqqında elektron qərar tərtib edilərək 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Lakin, həmin qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində X3 cəriməni ödəməmişdir. Bu səbəbdən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Ekologiya İTÜ inspektor X1 tərəfindən 01.06.2021-ci il tarixli İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü olması barədə sübutlar təqdim etmədən və ya mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bu səbəbdən tərəflərin iştirakları olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ekologiya İTÜ inspektor X1 tərəfindən 01.06.2021-ci il tarixli İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərə alaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanının törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tətəfindən təətbiq edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, törədilmiş xətanın xarakterini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar