Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1680/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X4, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 fevral 2024-cü il tarixində ona məxsus “Mercedes Benz E200” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Q.Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsindən sola (Nəsimi küçəsinə) dönmə hərəkəti icra etdiyi zaman Bakı şəhər BPİ DYPİ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən saxlanılaraq “Yol hərəkəti haqqında” Qanunun 327.2-ci maddəsinin tələblərini pozmağı ilə bağlı protokol tərtib edilmişdir. O, isə öz növbəsində bildirmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 327.2-ci maddəsində işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsas tutulur. Polis əməkdaşı ona bildirmişdir ki, narazılığı varsa şikayət etsin. Belə ki, qadağanedici dedikdə ya qırmızı, ya sarı işıq və yaxud da nizamlayıcının dayan işarəsi nəzərdə tutulur. Adı gedən Q.Qarayev prospektində hərəkət edərkən Nəsimi küçəsinə döndükdə heç bir qırmızı və ya sarı işıq göstəricisi yoxdur. Bakı şəhər BPİ DYPİ-də ona iki fərqli videogörüntü təqdim etmişlər. O, isə bu görüntünün bir videomüşahidə kamerasından olmasını istəyir. 108-ci otaqda özünün şahidi olduqları ilə yanaşı qapıda gözləyən vətəndaşlarla ünsiyyətdə olarkən belə anlaşıldı kı, 15-20 fevral 2024-cü il tarixlərində bir çox bu kimi hallar baş verib. Bir vətəndaşa günəşin görüntünü pozduğu üçün video təqdim etmədiklərini, digərinə həmin ərazidə təmir getməsinin səbəb gətiriblər və s. 10-15 adamla şəxsən özü dialoqda olmuşdur. Onun düşdüyü vəziyyətlə üzləşənlərin sayının çoxluğu, həmin yol kəsişməsindən uzun müddətdir hərəkət etdiyindən və ən əsası sonralar həmin yerdə müşahidələr aparıb, qənaətə gəlmişdir ki, ona təqdim edilən protokol səhvdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, svetoforun qırmızı işığında hərəkətini davam etdirməmiş, qırmızı işıq yanıb sönərkən hərəkətini davam etdirmişdir. Polis əməkdaşının təqdim etdiyi videogörüntülərdə onun qayda pozuntusu törətməsi sübuta yetirilmir. Belə ki, həmin videogörüntülər patrul avtomobilində quraşdırılmış kamera ilə qeydə alınsa da, həmin avtomobilin dayandığı yerdən onun hərəkətini davam etdirdiyi yerdə quraşdırılmış svetoforun işıqları görünmür. O, işıqforun nizamlayıcı işığı yanıb-sönərkən ikinci dəfə yananda həkətini davam etdirmiş və yolu sola dönəndə svetoforun qırmızı işığı yanmışdır. O, işin ərazidə quraşdırılmış kamera görüntülərinə baxılmaqla araşdırılmasını tələb edir. Qeyd etdiklərini nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 izahat verərək bildirmişdir ki, X5 18 fevral 2024-cü il tarixində, saat 10:30 radələrində idarə etdiyi “Mercedes Benz E200” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi yanıb sönərkən sola dönmə qadağan olduğu halda sola dönərək hərəkətini davam etdirmişdir. Bu zaman onun tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək, hadisə yerinin videogörüntüləri izlədilərək sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Sürücü saxlanılan zaman ilk əvvəl məsələni yoluna qoymağı təklif etmişdir. Əgər sürücü qayda pozuntusu törətdiyinə əmin olmasaydı belə bir təklif etməzdi. X3 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİİ-cü hissəsinə əsasən sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Qanunun tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt, yəni 1.12 yol xətti qarşısında, əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında, piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Həmin prospektdə nizamlayıcı 3 dəfə təkrar yanıb-sönərək xəbərdarlıq edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ-cü hissəsinə əsasən sarı rəngli işığın yanması bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Orada sarı işıq yoxdur. Çünki orada nizamlayıcı 3 dəfə təkrar yanıb-söndükdə hərəkət düzünə davam edə bilər, sola dönmə qadağandır. Hətda sürücü 1.12 xəttini keçib yolun ortasında dayansaydı belə yol ayrıcını keçmə qaydasını pozurdu. Ərazidə 1.12 xətti silindiyinə görə sürücü işıqforun nizamlayıcısı ilə hərəkətini davam etdirməlidir. Qanunun tələbinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi bu siqnal hərəkəti qadağan edir. X1 qanunun tələbinə riayət etmədən, işıqforun qadağanedici işarəsi yanıb sönərkən hərəkətini davam etdirmişdir. İstənilən halda sürücü işıqforun qadağanedici işarəsi yanıb sönərkən hərəkəti dayandırmalı idi. Göründüyü kimi X5 yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikaı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 törətdiyi inzibati xəta bilavasitə onun tərəfindən vizual olaraq bilavasitə aşkar edilmiş, həmçinin patrul avtomobilində quraşdırılmış kamera ilə qeydə alınmışdır. Beləliklə də, X3 şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 18 fevral 2024-cü il tarixində, saat 10:30 radələrində “Mercedes Benz E200” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 Davud Məhərrəm oğlunun barəsində xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlamış və inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 346, 346-1.2 – 346-1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X12 İdarəsinin rəisi, onun müavinləri, Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X12 İdarəsinin rəisi, ərazi polis orqanlarının X12 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X12 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X12 qruplarının rəhbərləri baxırlar. Göründüyü kimi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan X3 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələblərinə zidd olaraq X3 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları və ərazidə quraşdırılmış kamera görüntülərini təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə ərazidə quraşdırılmış kamera görüntüləri təqdim edilməmişdir. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə onun xətanı törətməsinə dair hər hansı sübut, o cümlədən ərazidə quraşdırılmış Təhlükəsiz Şəhər kameraları ilə çəkilmiş videogörüntü olduğu halda, göstərilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X3 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1680/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1680/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver