Məhkəmə qərarları › İş №3(007)-1682/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1682/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1682/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakı ilə, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 onun barəsində xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) ona 100 (bir yüz) manat məbləğində cərimə cəzası və 3 bal tətbiq edilməsi üçün icraat açmışdır. Həmin icraat TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla yekunlaşdırılmışdır. Heç bir düzünə qəsdi və günahı olmadığı halda barəsində protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin protokoldan və bunun əsasında verilmiş qərardan narazıdır və baxılıb araşdırılması üçün şikayət vermişdir. Bu protokol əsassız yerə tərtib edilmişdir və onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Tərtib olunmuş protokolun məzmunundan müəyyən olunur ki, guya o, xx.xx.2025-ci il tarixdə saat 16:31 radələrində idarə et diyi “X10” minik markalı, **- HF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yolda hərəkəti davam etdirərkən svetoforun qırmızı işığından keçmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, o nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti üzrə baş yol ilə gələrək sola dönməyə icazəni bildirən yaşıl işığın aktiv olduğunu görüb hərəkətini sol tərəfə (ünvan 2 ünvanına) dönməklə davam etdirmişdir. Ardınca gələn DYP patrul xidməti üzrə nəqliyyat vasitəsinin “dur” tələbinə hörmətlə əməl edərək dayanmışdır. Hətta vəkil vəsiqəsini təqdim etmiş, inzibati xəta törətməyə meyilli adam olmadığını da bildirmişdir. İnspektordan bunu dəqiq araşdırmasını xahiş etmişdir. Lakin inspektor özünün haqlı olduğunu bildirib yenə də protokolu tərtib etmişdir. Onun heç bir qəsdi olmamışdır. İnzibati xəta törətməyə meyilli şəxs deyil. Ona görə də mübahisələndirdiyi hadisənin görüntülərinə yenidən baxılaraq protokol əsasında qərar qəbul etməkdən imtina olunmalıdır. Göstərilənlərə əsasən Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahat verərək bildirmişdir ki, vətəndaş Ülvi İsmayılov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğuna görə tərəflərindən saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 76 və 77ci maddələrini rəhbər tutaraq telefon vasitəsilə videogörüntü çəkmişlər və həmin görüntünü Ülvi İsmayılova da göstərmişlər. Stop xəttini keçmədiyinə görə, yolayrıcına daxil olmadığına görə nizamlayıcının qadağanedici işarəsi verilərkən yol ayrıcına daxil olduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Ülvi İsmayılov protokol ilə yerində razılaşmadığına görə protokol qərarsız qeydə alınmışdır. Daha sonra görüntüyə şəhər kameraları vasitəsilə də baxılmış və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 16:31-də Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində “X10” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X3 barəsində Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar