Məhkəmə qərarları › İş №3(007)-1688/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1688/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1688/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentindən daxil olmuş 09 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Mərkəzi Bankın 30 aprel 2021-ci il tarixli 26-08853- 2021 nömrəli göstərişi əsasında "xxxx" ASC müvafiq sənədləri vaxtında təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X8 protokolun dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati araşdırma vətəndaş X4 şikayəti əsasında başlanmışdır, hazırda "xxxx" ASC tərəfindən müvafiq sənədlər təqdim edildiyi və zərərçəkmiş şəxsin müraciəti təmin oldunduğu halda iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər, məqsədləri vətəndaşın şikayətinin təmin olunmasıdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, hazırda "xxxx" ASC müvafiq sənədləri təqdim etdiyinə görə hər hansı şikayəti və tələbi qalmamışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin qanuni təmsilçisi X5 izahatında göstərmişdir ki, X4 müraciətinin əsasını təşkil edən sənədlər tam olaraq ona, habelə məhkəməyə təqdim edilmişdir, zərərçəkmiş şəxs şikayət və tələbinin olmaması, iş üzrə icraata xitam verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X4 29 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASCnin rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3 və 107-6.3-cü maddələrinin pozduğuna görə ASC-nin rəhbərliyi barəsində lazımi tədbir görülməsini Mərkəzi Bankdan xahiş etmişdir; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 30 mart 2021-ci il tarixli 26-04192-2021 nömrəli məktubundan görünür ki, X1 Banka etdiyi müraciətində "xxxx" ASC-nin 2016-cı ildən 2019-cu ilədək illik hesabatlarının, həmçinin onun nizamnaməsinin, səhmdarların reyestrinin və həmin illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Səhmdar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106- 2.3 və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, cəmiyyətinin nizamnaməsinin surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq, Ramiz Əliyevin "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 30 mart 2021-ci il tarixli 26- 04192-2021 nömrəli məktubu 05 aprel 2021-ci il tarixdə imza edilməklə alınmışdır; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 30 aprel 2021-ci il tarixli 26-05853-2021 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın 30 mart 2021-ci il tarixli 26-04192-2021 nömrəli göstərişi ilə tələb edilən məlumatların həmin tarixədək təqdim edilmədiyi bildirilməklə, sözügedən məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi "xxxx" ASC-yə təklif edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 30 aprel 2021-ci il tarixli 26- 05853-2021 nömrəli məktubu 03 may 2021-ci il tarixdə imza edilməklə alınmışdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi 04 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" ASC-dən tələb etdiyi sənədləri aldığı üçün 3(007)- 1688/2021 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC tərəfindən həmin ASC-nin 2016-cı ildən 2019-cu ilədək illik hesabatları, onun nizamnaməsi, səhmdarların reyestri və həmin illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokolları və digər zəruri sənədlər Mərkəzi Bankın rəsmi məktubu əsasında ASC-nin səhmdarı X6 təqdim edilmişdir, belə olan halda hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsi üçün əsaslar qalmamışdır, əməldə inziş üzrə icraata xitam verilməlidir, hansı ki, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi buna etiraz etmir, zərərçəkmiş şəxs isə bu barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar