Məhkəmə qərarları › İş №3(007)-1692/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1692/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1692/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1, onun barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3, onun barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayətlə məhkəməyə müraciət edərək “ona dəymiş ziyanın YPX əməkdaşı tərəfindən ödənilməsi, avtomobilində olan 325 azn və qızıl boyunbağını və qərarsız olan 343.1 maddəsi ilə avtomobilinin cəriməsinə xitam verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Şikayətin məzmunundan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, hansı ki, həmin işlərə baxılması səlahiyyəti məhkəməyə aiddir, X3 aidiyyəti məhkəmədə işə baxılmasında iştirak edə, işin müvafiq hallarını mübahisələndirə, qanunvericilikdə nəzərdə tutulan qaydada vəsatətlər, etirazlar edə və digər hüquqlarını yerinə yetirə, o cümlədən narazı qaldığı halda qəbul ediləcək qərardan aidiyyəti apelyasiya instansiyası məhkəməsinə şikayət verə bilər. X1 şikayətində ona maddi ziyan vurulması və bu ziyanı tələb etməsi ilə bağlı irəli sürdüyü dəlillər isə hazırkı icraatda baxılaraq yoxlanıla bilməz, ona görə də onun tərəfindən aidiyyəti orqana müraciət edilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1, onun barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayəti geri qaytarılmalı, yuxarıda göstərilən xüsusatlar ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, onun barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayəti geri qaytarılsın. İnzibati xətalar qanunvericiliyinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmanı nəzərdə tutan müddəalarına uyğun olaraq aidiyyəti məhkəməyə şikayət vermək, habelə hüquq və mənafelərinə toxunan digər hallarla bağlı aidiyyəti orqanlara müraciət etmək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar