Məhkəmə qərarları › İş №3(007)-17/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-17/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-17/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə, xx.xx.1964-cü ildə Gədəbəy rayonunun Dördlər kəndində anadan olmuş, ünvan 1 mənzil 53 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər BPİ-nin Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2019-cu il tarixdə saat 23:22-də idarə etdiyi “Ford” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman dönmə işığından istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ-nin Dövlət X4 bilavasitə tabe olan Yol patrul xidməti alayının 3-cü tağımının inspektoru, polis kiçik serjantı A.S.Məmmədov tərəfindən xx.xx.2019-cu il tarixdə, TYP seriyalı, 130320 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Bakı şəhər BPİ-nin Dövlət X4 bilavasitə tabe olan Yol patrul xidməti alayının 3-cü tağımının inspektoru, polis kiçik serjantı X1 izahat verərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə xidmətdə olan zaman saat 23:22 radələrində Şəxs idarə etdiyi “Ford” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən xarici işıq cihazları nasaz olduğu üçün onun avtomobilinə saxla işarəsi vermişdir. Şəxs onları gördükdə avtomobilini ara küçəyə sürmüşdür. Avtomobilə yaxınlaşdıqda sürücü Şəxs kəskin spirt iyi gəldiyi üçün onun sərxoşluq vəziyyətini yoxlamaq üçün Respublika Narkoloji Mərkəzə aparmışlar. Orada sürücünün sərxoş olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs xx.xx.2019-cu il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməsini sübut edən videogörüntü də vardır. Həmin videogörüntünü məhkəməyə təqdim etməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhər BPİ Dövlət X3 əməkdaşı onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Flaminqo” şadlıq sarayına toy mərasiminə getmiş, saat 23 radələrində orada az miqdarda spirtli içki qəbul etmişdir. Sonra avtomobilini idarə etməsi üçün ayıq sürücü sifariş etmişdir. O, avtomobilinin yaxınlığında “Flaminqo” şadlıq sarayının girişində duracaqda dayanıb oraya çağırdığı ayıq sürücünü gözləyən zaman Yol patrul xidməti avtomobili ilə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb onun avtomobilini işarə edib kimə məxsus olduğunu soruşduqda o, bildirmişdir ki, həmin avtomobil onundur. Bu zaman polis əməkdaşları bildirmişlər ki, avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonra ondan avtomobilə aid sənədləri və sürücülük vəsiqəsini tələb etmişlər. O, tələb edilmiş sənədləri təqdim etdikdən sonra YPX əməkdaşları ona xidməti avtomobilə əyləşməyi təklif etmişlər. O, YPX avtomobilinə əyləşdikdən sonra ona məlum olmuşdur ki, iki dəfə inzibati xəta törətdiyi üçün cərimə edilmiş və hər bir xəta üzrə 10 manat cəriməsi var, cərimənin ödənişində isə gecikmə mövcud deyildir. Bundan sonra polis əməkdaşları tərəfindən ona spirtli içki qəbul edib-etməməsi sual edilmişdir. O, spirtli içki qəbul etdiyini bildirmiş və sərxoş halda avtomobil idarə etmədiyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona heç bir əhəmiyyət verməmişdir. YPX əməkdaşları onu tibbi müayinədən keçirtmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə aparmışlar. Oradan qayıtdıqdan sonra avtomobilinin cərimə meydançasına aparıldığını öyrənmişdir. İnzibati xəta haqqında protokol ona Bakı şəhər BPİ-nin Dövlət X6 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Halbuki inzibati xəta haqqında protokol dərhal təqdim edilməli idi. O, inzibati xəta haqqında protokolu aldıqdan sonra orada şikayətçi olması barədə qeyd aparmışdır. O, xx.xx.2019cu il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Bir ildir dəfələrlə məhkəmə iclasları olmuş, Bakı şəhər BPİ-nin Dövlət X3 nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Bakı şəhər BPİ-nin Dövlət X3 nümayəndəsi yalnız bir dəfə Bakı Apellyasiya Məhkəməsinə gəlmiş, videogörüntü olduğunu bildirsə də videogörüntünü məhkəməyə təqdim etməmişdir. Dövlət X6 bir ildir ki, məhkəməyə sübut təqdim etmir. O, uzaq yoldan gəlmişdir, hər dəfə məhkəmə iclaslarına gələ bilmir. Məhkəmədən işin yekunlaşdırılmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-710/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin materiallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/9806 saylı, xx.xx.2019cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23:20-də müayinə olunan Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının xx xxx 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqındaTəlimatının 4.6-cı bəndinə əsasən patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. Həmin Təlimatın 6.9-cu bəndinə əsasən patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri Həmin Təlimatın 8.7-ci bəndinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhər BPİ-nin DYPİ-nin Yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2019-cu il tarixdə saat 23:22-də avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1964-cü ildə Gədəbəy rayonunun Dördlər kəndində anadan olmuş, ünvan 1 mənzil 53 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar